“Azərbaycan bu sahədə böyük addımlar atır” - Mələk Çakmak
Bizi izləyin

İqtisadi gündəm

“Azərbaycan bu sahədə böyük addımlar atır” - Mələk Çakmak

“Baxmayaraq ki, dünya hər kəsə kifayət edəcək qədər qida istehsal edir, ancaq hələ də 800 milyon insan axşam yataqlarına ac girir”.

Publika.az-ın xəbərinə görə, bu sözləri BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Mələk Çakmak deyib.

Onun sözlərinə görə, 2050-ci ildə dünya əhalisinin sayının 9,1 milyarda çatması gözlənilir: “Buna görə də qida və ərzaq istehsalının daha 50 faiz artması lazımdır. Bu gün dünya miqyasında kənd təsərrüfatı sahəsində işləyən insanların 50 faizi qadındır. Bizim həmin qadın işçi qüvvəsi ilə çalışmağımız, onların problemlərini həll etməyimiz və onları iqtisadi həyata daxil etməyimiz, həmçinin gəlir səviyyələrini çoxaltmağımız lazımdır. Çünki qadınların gəlir səviyyələrinin yüksəldilməsi birbaşa ailə təsərrüfatına töhfə verir. Dayanıqlı İnkişaf Məqsədləri sırasında qənaətli istifadə nüansı olduqca önəmli məsələdir. Bu gün istehsal edilən ümumi ərzağın üçdə biri israf olunur. Biz bu israfa yol verməklə sadəcə pulumuzu göyə sovurmaq və fermerlərin zəhmətlərini heç etməklə qalmırıq, həm də təbii resursları məhv edirik. Həm də ətraf mühitin çirklənməsinə böyük töhfə veririk”.

BMT-nin nümayəndəsi bildirib ki, Azərbaycan kənd təsərrüfatı və ərzaq istehsalı çərçivəsində böyük addımlar atır:

“Biz Kənd təsərrüfatı və Ərzaq Təşkilatı olaraq 2015-ci ildə burada ofisimizi qurarkən Azərbaycanla əməkdaşlıq müqaviləsi imzaladıq. Bu 10 milyon dollarlıq müqavilə 2016-2020-ci illəri əhatə edir. Azərbaycan bu əməkdaşlıq çərçivəsində kənd təsərrüfatını hədəf nöqtəsinə qoydu. Biz də İqtisadiyyat, Kənd Təsərrüfatı və Ekologiya Nazirliyi ilə birgə işlər aparmaqdayıq”.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm