İqtisadi gündəm
Prezidentin köməkçisi: Problemli kreditlər üzrə təzminatlar xüsusi hesablara köçürüləcək
Azərbaycan Prezidenti İlham Əliyevin fiziki şəxslərin problemli kreditlər məsələsinin həlli ilə bağlı əlavə tədbirlər barədə fərmanına əsasən həmin kreditlər üzrə təzminatlar xüsusi hesablara köçürüləcək.
Bunu Azərbaycan Prezidentinin iqtisadi siyasət və sənaye məsələləri üzrə köməkçisi Natiq Əmirov deyib.
N.Əmirov qeyd edib ki, əgər təzminat kredit borcunun ödənilməsi üçün kifayət etməsə, borcun qalan hissəsi daha aşağı faiz dərəcəsi ilə (illik bir faiz) restrukturizasiya ediləcək.
Azərbaycan Prezidentinin köməkçisi qeyd edib ki, fərman həm sosial, həm də iqtisadi əhəmiyyət daşıyır:
“Problemli kreditlərlə bağlı məsələlər 2014-cü ilin sonu – 2015-ci ilin əvvəllərindən dünya bazarlarında neft qiymətlərinin ucuzlaşmasından sonra başladı. Bu məsələlər hər zaman Prezident İlham Əliyevin diqqət mərkəzində olub”.
O əlavə edib ki, bu günədək kreditlərlə bağlı ümumilikdə 616 milyon manat məbləğində 311 mindən çox məhkəmə işi mövcuddur. (trend)
-
ABŞ19:00ABŞ-da Hellouin dəhşəti: onlarla insan güllələndi
-
Hadisə18:5017 yaşlı Azərbaycan çempionu qəfil vəfat etdi - Foto
-
Hadisə18:40Şəkidəki kanat faciəsinə görə iki nəfər həbs olundu
-
Nida Təhlil 16:36Əli Kərimlinin övladları və erməni lobbisi: Şəxsi ambisiyalar naminə milli maraqların satılması
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...









.jpg)

.jpg)





















.jpg)
.jpg)

