İqtisadi gündəm
Problemli kreditlərlə bağlı VACİB AÇIQLAMA: 28 min nəfər PULUNU...
Prezident İlham Əliyevin “Fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” 28 fevral 2019-cu il tarixli fərmanının icrası uğurla başa çatdırılıb.
Maliyyə Bazarlarına Nəzarət Palatasından Publika.az-a daxil olan açıqlamada bildirilir ki, indiyə qədər kompensasiya hesablanmış vətəndaşların 95,5%-nə ödənişlər edilib ki, bu da ayrılmış məbləğin 91,4%-ni təşkil edir. Müxtəlif səbəblərə görə (ölkə xaricində olduğundan, vəfat etdiyindən və s.) kompensasiya almaq üçün müraciət etməmiş 27,5 min nəfər mövcuddur ki, onların da 20,5 mini ləğv prosesində olan bankların və bank olmayan kredit təşkilatlarının, 7 mini isə fəaliyyətdə olan bankların müştəriləridir. Həmin vətəndaşlar və onların varisləri bundan sonra da banklara, eləcə də Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə məxsus “Azərpoçt” MMC-yə müraciət edərək kompensasiyalarını ala bilərlər.
Bundan başqa, Palatanın nəzdində yaradılmış Apellyasiya Komissiyası 13 minə yaxın vətəndaşın müraciəti üzrə isə araşdırmaları davam etdirir. Bu müraciətlər növbəlilik prinsipi ilə cavablandırılacaq.
Fərmanın icrası üçün Maliyyə Nazirliyinin 6 trans çərçivəsində ayırdığı 600,1 milyon manat vəsaitin 288,8 milyon manatı 562 min nəfərin ödəniş müddəti keçmiş kreditlərinə yönəldilib, 311,3 milyon manat isə müştərilərin sərəncamına verilib.
Fərman çərçivəsində kredit təşkilatları 126 mindən çox borcalanın kreditləri üzrə hesablanmış 107 milyon manata yaxın faiz və dəbbə pullarınə silib və bu proses davam edir. Bundan əlavə, 42 min borcalanın kreditləri tamamilə bağlanıb, 10 minə yaxın borcalanın 11 milyon manat məbləğindəki kreditləri güzəştli şərtlərlə restrukturizasiya edilib və bu proses ilin sonuna qədər davam edəcək.
Fərmanın icrası çərçivəsində proseslərin şəffaflığının və operativliyinin təmin edilməsi məqsədilə Palata tərəfindən yaradılmış xüsusi elektron portala problemli kreditlərə dair məlumatların sorğulanması üçün 685 min istifadəçidən 1,7 milyon sorğu daxil olub. Ümumilikdə həmin portal üzrə baxış sayı 3 milyona yaxın olub. Palatanın 966 çağrı mərkəzinə daxil olan 117 mindən çox zəng cavablandırılıb.
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sevgi həyatınızda xoş sürprizlər ola bilər
-
Dünya17 Sentyabr 23:363I/ATLAS-la bağlı SİRR ÇÖZÜLÜR - Kometin quyruğunda nə aşkar edilib?
-
Cənubi Qafqaz17 Sentyabr 22:48Paşinyan rəqibinə aman vermir - Daha 2 ay...
-
Magazin117 Sentyabr 22:36Hüseyn əməliyyat olundu - FOTO
-
ABŞ17 Sentyabr 22:24Trampın reytinqi tarixi minimuma endi
-
Dünya17 Sentyabr 22:12DƏHŞƏTLİ QƏTL: Kişi yatmış arvadının başını kəsdi
-
Magazin217 Sentyabr 20:48CeyLonun həbsxanadakı oxşarının fotosu gündəm oldu
-
Nida Xəbər 17 Sentyabr 19:50Nəsimi buranı görsə, hüsnünə heyran olardı - VİDEO




































.jpg)


