İqtisadi gündəm
Türkiyəyə sanksiyalar Azərbaycana necə təsir edəcək? - Ekspertdən PROQNOZ
“ABŞ-ın Türkiyəyə qarşı sanksiya planı qonşu ölkənin iqtisadiyyatına təsirsiz ötüşmür. Son bir həftədə lirə 4 faiz dəyər itirib. Belə ki, ötən həftə 1 dollar almaq üçün 5,7 lirə ödəmək lazım idisə, indi bu rəqəm 5,9 lirəyədək artıb”.
Publika.az xəbər verir ki, bu sözləri iqtisadçı ekspert Vüqar Bayramov qeyd edib.

Ekspert bildirib ki, Ağ Ev sanksiyaları gücləndirəcəyi halda, bu, Türkiyə iqtisadiyyatına yalnız məzənnə deyil, digər formalarda da neqativ təsir göstərəcək: “Xüsusən də Türkiyə iqtisadiyyatına yönəldilən birbaşa xarici investisiyaların həcmində azalmalar ola bilər. Türkiyə Azərbaycan üçün yalnız strateji baxımdan deyil, həmçinin iqtisadi aspektdən də vacib tərəfdaşdır. Azərbaycan son illər Türkiyə iqtisadiyyatına 15 milyard dollardan çox sərmayə yönəldib. Türkiyə Azərbaycanın qeyri-neft ixracatında ikinci əsas tərəfdaşdır. Qeyri-neft məhsullarımızın 1/3-ü Türkiyənin payına düşür. Bu baxımdan, lirənin dəyərsizləşməsi fonunda Azərbaycanın Türkiyəyə ixracatında azalmalar müşahidə edilə bilər”.
Vüqar Bayramov qeyd edib ki, hələlik ciddi azalmalar proqnozlaşdırılmasa da, ucuz lirə Türkiyə bazarına Azərbaycan məhsullarını milli valyuta ifadəsində bahalaşdıracaq: “Bütün hallarda Türkiyə iqtisadiyyatının zəifləməsi bizim üçün məqbul hesab olunmur. Bütövlükdə, sanksiyaların genişlənəcəyi halda isə lirənin 6 bəndlik pisxoloji həddi aşacağı gözlənilir”.
Zümrüd
-
Magazin102:18Azərbaycanda xanəndə dünyasını dəyişdi - Foto
-
Qoroskop01:40Günün ukduz falı: gələcək planlarınızı gözdən keçirin
-
İnanc00:11Azərbaycanda Məhərrəm ayı başladı
-
Avropa15 İyun 23:00Aİ və Ukrayna üzvlük danışıqlarına başladı
-
Kriminal15 İyun 21:39Bakıda kişi qızının ad günündə keçmiş həyat yoldaşı və qayınanasını öldürdü - Təfərrüat
-
Dünya15 İyun 20:32ABŞ-İran memorandumu imzalandı
-
Sosial15 İyun 20:18Azərbaycanda bu məşhurlar işini itirə bilər - Qadağa gözlənilir
-
Kriminal15 İyun 19:51Toyda döyülüb evə qayıtdı, qonşusunun başını kəsdi - Dəhşətli qətlin təfərrüatı



































