İqtisadi gündəm
AYİB Azərbaycanla enerji sahəsində əməkdaşlığı yüksək qiymətləndirdi
“Ötən il biz diqqətimizi özəl sektor üzərində cəmləşdirdik, kiçik və orta sahibkarlığın dəstəklənməsi, sosial əhəmiyyətli və ətraf mühitə təsirlə bağlı yerli valyuta ifadəsində layihələrin icrası uğurla həyata keçirildi. Biz Mərkəzi Bankla SVOP (valyuta mübadiləsi) sazişi bağlamaqla yerli valyutada layihələrin maliyyələşdirilməsi sahəsində əməkdaşlığımızdan da məmnunuq. Bu da öz növbəsində kiçik və orta sahibkarlığın dəstəklənməsi baxımından vacibdir. Sevindirici haldır ki, böyük həcmdə maliyyə töhfəsi verdiyimiz Cənub Qaz Dəhlizi layihəsi başa çatdı. Biz bu layihədə yaxından iştirak edirdik və şadıq ki, həmin layihə artıq tam şəkildə icra edilib. Biz enerji sahəsində əməkdaşlığımızı yüksək qiymətləndiririk”.
Publika.az xəbər verir ki, bunu Avropa Yenidənqurma və İnkişaf Bankının yeni prezidenti xanım Odil Reno-Basso martın 11-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən videoformatda qəbul edilərkən bildirib.
O, Azərbaycan hökuməti ilə külək və günəş enerjisi sahələrində əməkdaşlıq etdiklərini deyərək bununla bağlı qanunvericilik bazasının qəbul edilməsinin önəminə toxunub, bu sahədə əməkdaşlığın əhəmiyyətindən danışıb.
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular









.jpg)

.jpg)


























.jpg)

.jpg)