İqtisadi gündəm
"Süveyş" qəzası: Neftin qiyməti necə dəyişəcək?
"Aralıq dənizi və Qırmızı dənizi bir-birinə bağlayan Süveyş kanalında baş verən gəmi qəzasından sonra kanalın qismən bərpası mümkün olsa da, hələ də bu dəhliz tam gücü ilə çalışmır. İlkin qiymətləndirmələrə görə, bu kanalın bir həftəlik bağlanması dünya iqtisadiyyatı üçün 10 milyard dollaradək xərc yaradır".
Publika.az xəbər verir ki, bu sözləri Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov qeyd edib.
Millət vəkili vurğulayıb ki, dəniz nəqliyyatının bağlanması Avropaya mayeləşdirilmiş təbii qaz (LNG) nəqlini çətinləşdirib: "Süveyş kanalında baş verən son qəza neft bazarında ilk gün 5 faizə yaxın qiymət artımına səbəb olsa da, təchizat ilə bağlı investorların narahatlıqları son günlər xeyli səngiyib və bu da "qara qızıl"ın birjalarda satışının bu gün 2 faizlik azalma ilə başlamasına səbəb olub. Göründüyü kimi, fundamental səbəblər olmadan neftin qiyməti hələlik 70 dollarlıq psixoloji həddi keçib və o intervalda stabilləşməsi real görsənmir".
.jpg)
V.Bayramov əlavə edib ki, Süveyş kanalında baş verən gəmi qəzası ölkəmizin də aktiv iştirak etdiyi "Şimal-Cənub" Beynəlxalq Nəqliyyat Dəhlizinin əhəmiyyətini daha da artıracaq: "Şimal-Cənub" dəhlizi şimaldan yüklərin Azərbaycan üzərindən Hindistana qədər daşınmasına imkan yaradacaq. Azərbaycan həm investisiya, həm də infrastruktur baxımından layihənin reallaşmasına dəstək verir. Layihənin genişlənməsi Azərbaycan üçün beynəlxalq yükdaşımaların həcminin artırılması baxımından da vacibdir. Beləliklə, Süveyş kanalında baş verən qəza dünya üçün beynəlxalq nəqliyyat dəhlizləri baxımdan yeni reallıqları gündəmə gətirdi".
Akqabay
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi









.jpg)

.jpg)

























.jpg)
.jpg)
