İqtisadi gündəm
Bu ölkələr Azərbaycandan qeyri-neft məhsulu alanlar sırasında ilk beşlikdədir - Deputat
Bu ilin ilk 8 ayında Azərbaycan 1 milyard 580 milyon dollarlıq qeyri-neft məhsulları ixrac edib. Bu il əvvəlki ilin eyni dövrü ilə müqayisədə 37,1 faiz çoxdur.
Publika.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov deyib.
Onun sözlərinə görə, qeyri-neft ixracatının strukturu göstərir ki, Rusiya və Türkiyə aparıcı mövqeyini qoruyub saxlasa da İsveçrə və ABŞ kimi inkişaf etmiş ölkələr də Azərbaycan neftdən kənar sektordan məhsul alan ilk beşliyə daxil olublar: "Qeyri-neft ixracatımızın 1/3-i Rusiyanın, təxminən 30 faizi isə Türkiyənin payına düşür. Mövsüm ilə bağlı olaraq Rusiyaya ixrac edilən kənd təsərrüfatı məhsullarının həcmi artıb. Növbəti aylarda Türkiyə daxil olmaqla, qeyri-MDB ölkəlıərinə daha çox məhsul ixrac olacağı gözlənilir.
Digər tərəfdən, Türkiyədən qeyri-neft məhsullarımıza sifarişin həcmində artımlar var. Qeyd edək ki, bu ilin mart ayından etibarən Azərbaycan ilə Türkiyə 15 əsas mal qrupu üzrə preferensial (seçim) ticarət rejimi qüvvəyə mindi. Bu isə iki ölkə arasında ticarət dövriyyəsinə müsbət təsir göstərməkdədir. Bütövlükdə, iki ölkə arasındakı mövcud 4.5 milyard dollarlıq ümumi ticarət dövriyyəsini 2023-ci ilədək 15 milyard dollara çatdırmaq hədəflənir".
.jpg)
Deputat qeyd edib ki, artımda digər səbəb qeyri-neft ixracatının strukturunda baş verən dəyişikliklərdir: "Belə ki, bu ilin ilk 8 ayında qeyri-neft ixracında qara metallar və onlardan hazırlanan məmulatlar 1,5 dəfə, pambıq iplik 3,1 dəfə, şəkər 2,2 dəfə, kimya sənayesi məhsulları 68%, pambıq lifi 88,5%, alüminium və ondan hazırlanan məmulatlarda isə 45% artım artıb. Son 5 ilin statistikası göstərir ki, pandemiyanın təsir etdiyi 2020-ci il istisna olunmaqla hər il əvvəlki ilə nisbətən qeyri-neft ixracatında artım qeydə alınıb. 2016-cı ildə 1 milyard 237 milyon dollar olan qeyri-neft ixracatı 2017-ci ildə 1 milyard 538 milyon dollar, 2018-ci ildə 1 milyard 689 milyon, 2019-cu ildə 1 milyard 954 milyon dollar, 2020-ci ildə isə 1 milyard 900 milyon dollar olub.
Bütövlükdə, son statistika göstərir ki, lock-down tədbirlərinin tətbiq olunmadığı müddətdə qeyri-neft sektoru istehsal və ixrac imkanlarını artırmaq potensialına malikdir. Bu baxımdan pandemiyanın davam edən aylarında da real sektorda sərt karantin tədbirlərinin tətbiq olunmaması məqsədəuyğundur.
Bu ilin ilk 8 ayında artım tempini nəzərə alsaq, 2021-ci ildə qeyri-neft ixracının ilk dəfə 2 milyard dollardan çox olacağı gözlənilir".
-
İdman05:45Corcinanın Ronaldo ilə bağlı bu paylaşımı gündəm oldu - FOTO
-
Dünya05:15ABŞ-ın yeni silahı İranı təşvişə saldı - Göz açmağa imkan vermir... - Video
-
ABŞ02:19Pentaqon hazırlıqlara başladı: İrana qoşun yeridiləcək
-
Qoroskop01:20Günün ulduz falı: Romantik münasibətlərdə həyəcanlı bir dövr başlayır
-
Cənubi Qafqaz20 Mart 20:44Azərbaycanla sülhdən imtina Ermənistan üçün ölümcüldür - Paşinyan
-
Ekologiya20 Mart 19:00Azərbaycana yaz gəldi
-
ABŞ20 Mart 18:48ABŞ olmadan NATO "kağız pələng"dir - Tramp
-
Nəqliyyat20 Mart 18:36Bakı bir gecədə niyə boşaldı? - Paytaxtı “xilas” etməyin yolları açıqlandı










.jpg)





.jpg)












.jpg)



.jpg)

