İqtisadi gündəm
Azərbaycanda dövlət satınalmaları barədə QAYDALAR DƏYİŞDİ
“Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2021-ci il 27 may tarixli Qanunun 7-ci maddəsinə (Maddə 7. Malgöndərənlərin (podratçıların) ixtisas uyğunluğunun əvvəlcədən müəyyənləşdirilməsi) edilmiş dəyişikliyə görə satınalan təşkilat tender təkliflərinin və ya ofertaların təqdim edilməsindən əvvəl malgöndərənlərin (podratçıların) ixtisas uyğunluğunun müəyyənləşdirilməsini əvvəlcədən həyata keçirə bilər.
Publika.az xəbər verir ki, eyni zamanda Qanunun 40-cı (Maddə 40. Tender təkliflərinin aksepti və satınalma müqaviləsinin qüvvəyə minməsi) maddəsinə dəyişiklik edilərək, tender müqaviləsinin icrasına başlanması üçün müvafiq dövlət orqanlarından (qurumlarından) icazələrin alınması tələb olunduğu təqdirdə, onların əldə edilməsi vəzifəsi satınalan təşkilatın üzərinə qoyulur.
Həmçinin 40.8-ci maddəyə əlavə edilmiş yeni cümləyə əsasən satınalan təşkilatın yuxarı idarəetmə orqanı tərəfindən təsdiq edilməli olan müqavilə 5 bank günündən gec olmayaraq təsdiq edilir. Qanunun 40.9-2-ci maddəsinə edilmiş dəyişikliyə görə isə satınalma müqaviləsinin yerinə yetirilməsinin təminatının qüvvədə olma müddəti satınalma müqaviləsinin yerinə yetirilməsi müddətindən (tələb olunduğu halda texniki təminat müddəti daxil olmaqla) 30 bank günü çox olmalıdır.
Dəyişiklik nəzərdə tutulmuş 34 nömrəli qərarda qanunla müəyyən olunmuş dəqiq müddətlər nəzərdə tutulmayıb.
Dəyişiklik nəzərdə tutulmuş 107 nömrəli qərarda isə qiymətlərə yenidən baxılması barədə məsələ ilə bağlı tərəflər öz qərarı barədə 20 bank günü müddətində qarşı tərəfə rəsmi məlumat verir. Dəyişiklikdən sonra bu müddət 10 günə endiriləcək.
-
Magazin203:43Həmin adı kürəyinə döydürmüşdü, indi yeni doğulan qızına qoydu - FOTO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sevgi həyatınızda xoş sürprizlər ola bilər
-
Dünya17 Sentyabr 23:363I/ATLAS-la bağlı SİRR ÇÖZÜLÜR - Kometin quyruğunda nə aşkar edilib?
-
Cənubi Qafqaz17 Sentyabr 22:48Paşinyan rəqibinə aman vermir - Daha 2 ay...
-
Magazin117 Sentyabr 22:36Hüseyn əməliyyat olundu - FOTO
-
ABŞ17 Sentyabr 22:24Trampın reytinqi tarixi minimuma endi
-
Dünya17 Sentyabr 22:12DƏHŞƏTLİ QƏTL: Kişi yatmış arvadının başını kəsdi
-
Magazin217 Sentyabr 20:48CeyLonun həbsxanadakı oxşarının fotosu gündəm oldu





































.jpg)


