İqtisadi gündəm
Turistləri rayonlara belə cəlb etmək olar - Ekspert
Sərt karantin tədbirlərinin yumşalması turizm sektorunda aktivliyin yüksəlməsinə səbəb olub. Dövlət Statistika Komitəsinin məlumatına görə, bu ilin ilk 9 ayında ölkə mehmanxanalarında keçirilmiş gecələmələrin sayı 2020-ci ilin eyni dövrü ilə müqayisədə 66,3% artaraq 1 milyon 340 min olub. Mehmanxanalardan istifadə səviyyəsi əvvəlki illə müqayisədə artasa da, pandemiyadan əvvəlki dövrlər ilə müqayisədə aşağı olaraq qalmaqdadır. Pandemiyadan əvvəlki ildə - 2019-cu ildə ölkə üzrə mehmanxanalarda 3 milyon 345 min gecələmə keçirilmişdi.
Publika.az xəbər verir ki, bunu millət vəkili, iqtisadçı alim Vüqar Bayramov qeyd edib.
Deputat bildirib ki, burada diqqətçəkən digər məqam əcnəbi turistlərin daha çox Bakı şəhərinə üstünlük verməsidir: "Bu ilin ilk 9 ayında ölkəyə gələn turistlərin böyük əksəriyyəti rayonlara səfər etməyərək paytaxta üstünlük verib. Belə ki, əcnəbilərin keçirdiyi gecələmələrin 82,9 faizi Bakıda, 5,3 faizi Qəbələdə, 3,2 faizi Qusarda, 2,1 faizi Naxçıvan Muxtar Respublikasında, 1,8 faizi Qubada, 1,6 faizi Şabranda, 1,3 faizi Naftalanda, 0,4 faizi Mingəçevirdə, 0,4 faizi Şamaxıda, 1,0 faizi isə digər şəhər və rayonlardakı mehmanxanalarda qeydə alınıb.

Bu isə o deməkdir ki, ölkəyə gələn hər 10 turistdən cəmi 2-si rayonlara üz tutub. Bütövlükdə, əcnəbilər tərəfindən mehmanxanalarda keçirilmiş gecələmələrin sayı 2020-ci ilin eyni dövrü ilə müqayisədə 35% azalaraq 241,0 min olub ki, bu da ümumi gecələmələrin 18,0 faizini təşkil edir".
V.Bayramovun sözlərinə görə, ölkədə ümumi hoteldən istifadədə Bakı şəhəri öndədir: "Belə ki, gecələmələrin 46,3 faizi Bakıda, 8,8 faizi Xaçmazda, 8,5 faizi Qəbələdə, 5,8 faizi Şabranda, 5,7 faizi Qubada, 4,4 faizi Lənkəranda, 3,8 faizi Qusarda, 2,7 faizi Naftalanda, 1,8 faizi Qaxda, 1,7 faizi Şamaxıda, 1,4 faizi Naxçıvan Muxtar Respublikasında, 1,3 faizi Masallıda, 1,1 faizi Mingəçevirdə, 0,7 faizi Gəncədə, 0,6 faizi Zaqatalada, 0,5 faizi Şəkidə, 0,5 faizi Astarada, 4,4 faizi digər şəhər və rayonlardakı mehmanxanalarda qeydə alınıb. Göründüyü kimi, turistlərin rayonlara marağının artırılması üçün sistemli tədbirlərin genişlənməsinə, stimullaşdırıcı kampaniyaların təşkilinə ehtiyac var".
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular









.jpg)

.jpg)

.jpg)
























.jpg)

.jpg)