İqtisadi gündəm
Gorus-Qafan yolunun prestiji - Şərh
"Gorus-Qafan yolu Azərbaycan üçün həm strateji, həm də iqtisadi əhəmiyyət daşıyır. Bu yol xüsusən də keçmiş SSRİ dövründə regionda daha çox istifadə olunan nəqliyyat layihələrindən biri olub. Bu, sərnişin yükdaşımalarında regional olaraq xüsusi paya malik olub. Bu baxımdan bu, həmçinin regionda kommunikasiyaların bərpası baxımından vacibdir".
Publika.az xəbər verir ki, bu sözləri Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, iqtisadçı alim Vüqar Bayramov qeyd edib. O bildirib ki, kommunikasiyaların bərpası bütövlükdə regiona daha çox sərmayənin cəlb edilməsinə, eyni zamanda iqtisadi əlaqələrin güclənməsinə və xüsusən də region üzərindən daşınan yüklərin həcminin artmasına imkan verəcək:
.jpg)
"Digər tərəfdən, nəzərə alaq ki, Zəngəzur dəhlizi istifadəyə verildikdən sonra Şərq-Qərb nəqliyyat dəhlizinin məhz həmin ərazi və region üzrə genişləndirilməsi müşahidə olunacaq. Bu da region üzərindən daşınan yüklərin həcminin artmasına imkan verəcək və daha çox yüklərin Cənubi Qafqaz üzərindən Asiya və Avropaya daşınmasına zəmin yaradacaq.
Azərbaycan bütövlükdə regionda davamlı iqtisadi inkişaf, eyni zamanda dayanıqlı sülh üçün bu istiqamətdə əməkdaşlığı nümayiş etdirib. Xüsusən də 44 günlük savaşdakı zəfərimizdən sonra regionda formalaşmış reallıq ondan ibarətdir ki, region ölkələri bir-birinin ərazi bütövlüyünü tanımaq və sülh müqaviləsi ilə yeni kommunikasiyaların açılması fonunda əməkdaşlıq mərhələsinə qədəm qoymalıdır".
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular









.jpg)

.jpg)


























.jpg)

.jpg)