İqtisadi gündəm
"Star" NEZ üçün ən yaxşı neft AÇIQLANDI
"Star" NEZ üçün ən yaxşı və ən keyfiyyətli neft İran neftidir. Amma bəlli olan siyasi səbəblərə görə biz onu gətirə bilmirik.
Publika.az xəbər verir ki, bunu "SOCAR Türkiyə" Emal və Neft-Kimya Bölməsinin rəhbəri, "Petkim"in Baş direktoru Anar Məmmədov deyib.
O qeyd edib ki, 2019-cu ilin aprel ayından imzalanan müqaviləyə görə, "Star" NEZ üçün ən uyğun olan Rusiya nefti idxal olunmağa başlandı: "Rusiya nefti bizim üçün ən optimal neft deyil. Sadəcə, Rusiya neftinin texniki şərtlərinə görə biz bu məhsuldan istifadə etmək məcburiyyətində qaldıq. Bu gün biz "Star"da dəyişiklik etmişik, 28 növ xam neftin testini etmişik. Dünyanın fərqli yerlərindən - Qazaxıstandan, Rusiyadan, Norveçdən, Aralıq dənizindən və bir çox ölkələrdən neft alırıq. "Star"ın dizaynı o vaxt İran nefti üçün qurulmuşdu. Əgər siyasi vəziyyət dəyişərsə, biz İrandan nefti gətirməyə davam edəcəyik. Bu gün biz İrandan neft almırıq. Venesuelanın çox ağır nefti var. Bizim üçün uyğun bir neftdir, amma onu da ala bilmirik".
Anar Məmmədov deyib ki, hazırda "Star" NEZ Azərbaycandan neft almır: "Çünki Azərbaycan nefti çox yüngüldür. "Azeri Light" çox dəyərlidir və şəffaf məhsulların çıxımı çox yüksəkdir. Onun qiyməti də biz aldığımız neftə görə daha yüksəkdir. "Star" bir zavod olaraq o qədər mükəmməldir ki, ən ağır və ən ucuz nefti alır, ondan yenə də 90 faizə yaxın şəffaf məhsullar çıxara bilirik. Bizim daha yüngül və daha bahalı neftə ehtiyacımız yoxdur. Təbii ki, Azərbaycan neftini də işlədə bilərik. Amma bu, bizim üçün iqtisadi cəhətdən çox effektiv olmayacaq. SOCAR üçün də çox optimal variant deyil. Azərbaycan neftinin dünyada çox yaxşı müştəriləri var".
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi









.jpg)

.jpg)

























.jpg)
.jpg)
