İqtisadi gündəm
Neft-kimya məhsullarına tələbat azalmayacaq - Anar Məmmədov
"Pandemiyanın neft-kimya sektoruna mənfi təsirləri müşahidə olunmadı, əksinə, müsbət təsirlərini hiss etdik".
Publika.az xəbər verir ki, bunu "SOCAR Türkiyə" Emal və Neft-Kimya Bölməsinin rəhbəri, "Petkim"in Baş direktoru Anar Məmmədov Türkiyənin İzmir şəhərində baş tutan mətbuat konfransında deyib.
O bildirib ki, yeni ştamın meydana gəlməsinin "Petkim"ə neqativ təsiri olmayacaq, hətta böyük ehtimalla müsbət təsiri özünü göstərəcək: "Ümumiyyətlə, bu dövrdə neft-kimya məhsullarına tələb azalmadı, əksinə, artım oldu. Yeni ştam, köhnə ştam - fərq etmir. Tibb məhsullarına, plastik, polimer məhsullara tələb artdı".
Anar Məmmədov əlavə edib ki, ümumilikdə enerji məhsullarına tələb azalsa da, növbəti dövrdə neft-kimya məhsullarına tələbat azalmayacaq: "Eləcə də, enerji məhsullarına azalan tələb "STAR" NEZ-in fəaliyyətinə böyük təsir göstərməyəcək. "STAR" NEZ ən effektiv və ən son texnologiyada qurulan zavoddur. Biz hazırda "Petkim" üçün naftanı təmin edirik. Gələcəkdə digər məhsulları da təmin edə bilərik. "STAR" NEZ-də benzinin istehsalında istifadə olunan reformator da emal edilir. Gələcəkdə bununla bağlı da layihələr ola bilər".
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi









.jpg)

.jpg)

























.jpg)
.jpg)
