İqtisadi gündəm
Azərbaycanın nə qədər xarici dövlət borcu var?
Bu il iyulun 1-nə Azərbaycanın birbaşa xarici dövlət borcu 7 milyard 167,1 milyon ABŞ dolları, birbaşa daxili dövlət borcu isə 2 milyard 789,7 milyon manat təşkil edib.
Publika.az xəbər verir ki, bu barədə Hesablama Palatasının “2022-ci il Dövlət büdcəsinin icrasına dair yarımillik xülasəsi”ndə bildirilib.
Sənədə əsasən, 6 ayda birbaşa xarici dövlət borcu 226,3 milyon ABŞ dolları və ya 3,1 % azalıb, birbaşa daxili dövlət borcu 282,6 milyon manat və ya 11,3 % artıb.
Hesabat dövründə Azərbaycanın xarici dövlət borcu üzrə ümumi şərti öhdəlikləri 715,2 milyon ABŞ dolları, daxili zəmanətlər üzrə şərti öhdəliklər isə 738,8 milyon manat olub. Belə ki, ümumi şərti öhdəliklər 131,5 milyon manat artıb, nəticədə ümumi dövlət borcunda 29,4 milyon manat artım qeydə alınıb. Dövrün əvvəli ilə müqayisədə daxili zəmanətlər üzrə şərti öhdəliklər 177,5 milyon manat (31,6 %) artıb.
"Ümumi dövlət borcunun artımı daxili borclanmanın artımı hesabına olub, xarici dövlət borcunun məbləği azalıb və daxili dövlət zəmanətləri üzrə şərti öhdəliklər artıb", - Hesablama Palatasının məlumatında deyilir.
Bu il iyulun 1-nə ümumi dövlət borcu ÜDM-in 14,7 %-ni, o cümlədən xarici dövlət borcu ÜDM-in 11,7 %-ni, daxili dövlət borcu isə ÜDM-in 3 %-ni təşkil edib.
Xatırladaq ki, dövlət büdcəsində bu il üçün daxili dövlət borclanmasının yuxarı həddi 1,1 milyard manat, xarici dövlət borclanmasının yuxarı həddi 600 milyon manat, il ərzində veriləcək dövlət zəmanətlərinin məbləğinin yuxarı həddi 800 milyon manat müəyyən edilib.
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular









.jpg)

.jpg)


























.jpg)

.jpg)