İqtisadi gündəm
Vahid Əhmədov: "İtaliyaya təbii qaz ixracı 20 MİLYON kubmetrə çatacaq"
“Hazırda Azərbaycan-İtaliya münasibətləri siyasi və iqtisadi cəhətdən yüksək səviyyədədir. 44 günlük Vətən müharibəsində İtaliya prezdenti Sercio Mattarella ilə Nazirlər Şurasının sədri Mario Draqin dövlətimizin başçısı ilə daim əlaqə saxladılar və Azərbaycanın ədalətli mövqeyini sona qədər dəstəklədilər. Buna görə hesab edirəm ki, Prezident İlham Əliyevin İtaliya səfəri çox uğurlu oldu”.
Bu sözləri Publika.az-a söyləyən Milli Məclisin deputatı Vahid Əhmədov qeyd etdi ki, hazırda Azərbaycanda hasil olunan neft və qaz əsasən İtaliyaya, oradan da Avropaya nəql olunur:
“Bu ölkədən Azərbaycana bir çox adda qeyri-ərzaq məhsulları idxal olunur. Əvvəllər ölkəmiz Avropaya yalnız neft ixrac edirdi. Artıq qaz ixracına da başlayıb. Həqiqətən də iki ölkə münasibətləri, eləcə də Azərbaycanın neft-qaz ixracını artırması Avropanın enerji xəritəsinin tamamilə dəyişməsində böyük rol oynadı”.
Son dövrlərdə ölkəmizin nəqliyyat-logistika sahəsindəki əhəmiyyətinin artdığını deyən deputat bildirdi ki, ölkəmiz artıq neft-qaz ixrac edən əsas dövlətlərdən birinə çevrilib:
“Prezident İlham Əliyevin söylədiyi kimi, son bir il yarım ərzində artıq Avropaya 13,5 milyard kubmetr qaz nəql edilib ki, onun 11,7 milyard kubmetri İtaliyanın payına düşür. Bu il isə həcmin artması və İtaliya bazarına 10 milyard kubmetr qazın nəql edilməsi planlaşdırılır. Ümumi ixracımız 22 milyard kubmetrdən artıq olacaq və burada artım üçün çox böyük potensial var. Cənub qaz dəhlizinə bağlı TANAP-ın ötürmə qabiliyyəti 16 milyard kubmetrdir və bu nəqlin 32 milyard kubmetrə çatdırılması planlaşdırılır. TAP-ın ötürmə qabiliyyəti 10 milyard kubmetrdir, hazırda o, tam gücü ilə işləyir və biz onun imkanlarını ən azı 20 milyard kubmetrə çatdırmalıyıq”.
Deputatın sözlərinə görə, İtaliya vasitəsilə Avropaya neft ixracı davam edir və bu sahədə problem yoxdur:
“Bir vaxtlar Avropa ölkələri Rusiya qazından asılı vəziyyətdə idi. Bu gün Avropada təbii qazla bağlı ciddi problemlər yaşanır. Buna görə də digər dövlətlərdən qaz ixracına ciddi ehtiyacları var və bu ehtiyacı ödəmək üçün ölkəmizə diqqət artıb. Azərbaycanın Avropaya qaz ixracını artırması reallığı kifayət qədər dəyişdirdi. İndi Bakı İtaliyaya qaz ixracını 20 milyon kubmetrə çatdırmağı planlaşdırır. Bu gün ölkəmiz neft təchizatında birinci, qaz təchizatında isə üçüncü yerdədir. Cənub qaz dəhlizi və onun tərkib hissəsi olan TAP kəməri qaza tələbatın 15 faizini ödəyir”.
Onun sözlərinə görə, 2021-ci ilə İtaliyanın Azərbaycanla ticarət dövriyyəsinin ümumi həcmi 9,6 milyard ABŞ dollarlıq təşkil edib və bu həcmlə birinci yerdə qərarlaşıb:
“Azərbaycan isə bu ölkəyə 9,24 milyard ABŞ dolları həcmində neft-qaz və qeyri-neft məhsulları ixrac edib. İtaliyadan isə əsasən maşınqayırma məhsulları, xüsusi təyinatlı mexaniki qurğular, dəzgahlar, ehtiyat hissələri, ərzaq və digər məhsullar idxal edilib. Hazırda İtaliya xarici ticarət əlaqələrimizdə birinci yerdədir”.
V.Əhmədov onu da qeyd etdi ki, İtaliyanın ölkəmizin neft-qaz sənayesinə yatırdığı sərmayənin həcmi də böyükdür:
“Bundan başqa, neft-qaz şirkətləri TAP və TANAP layihələrinin reallaşması Azərbaycana böyük dəstək verirlər. İtaliya isə bu layihələrin başa çatdırlmasında böyük rol oynayıb. Bakı-Tbilisi-Ceyhan neft kəmərinin konsorsiumunda İtaliyanın İNEX şirkəti 5 faizlik paya malikdir”.
Rövşən Ziya
-
Dünya02:43
İki bələdiyyə sədrinə cinayət işi açıldı - Vəzifədən uzaqlaşdırıldılar
-
Dünya01:55
Berbokun Bakıda niyə nikah üzüyü taxmadığı bilindi
-
Hadisə00:55
Azərbaycanlı "diplomat" İstanbulda saxlanıldı - 70 kilo qızılla
-
Qoroskop00:35
Günün qoroskopu: çəkdiyiniz zəhmətin bəhrəsini görəcəksiniz
-
İdman22 Noyabr 23:18
“Qarabağ” rəqəmlərlə Fransaya elə bir mesaj verdi ki… - FOTO
-
Nida Xəbər 22 Noyabr 23:03
Bakıda keçirilən COP29 bu tarixdə bitəcək
-
Magazin122 Noyabr 22:02
Aşıq Zülfiyyə: "Oğlumla 3 gündür danışmıram, bütün nömrələrini "blok"a atmışam" - VİDEO
-
MDB22 Noyabr 21:51
Bu şəxslər Rusiya vətəndaşlığından məhrum ediləcəklər - Sabahdan...