İqtisadi gündəm
Post-neft dövrünün II mərhələsi: Azərbaycan İXRACATÇI ÖLKƏ olacaq
“2030-2040-cı illər ölkə iqtisadiyyatında post-neft dövrünə keçidin ikinci mərhələsi sayılır. Bu dövrdə Azərbaycanın qarşısına idxalçı ölkədən ixracatçı dövlətə çevrilməsi üçün yeni hədəflər qoyulmalıdır. İnanıram ki, təbii resurslarımız və mövcud potensialımız bu hədəfin həyata keçirilməsində böyük rol oynayacaq”.
Bu sözləri Publika.az-a söyləyən iqtisadçı-ekspert Eyyub Kərimli bildirdi ki, son illər qlobal enerji bazarında baş verən proseslər neftin və qazın kəskin bahalaşmasına səbəb olub:
“Bu da Azərbaycanın dövlət büdcəsinə böyük məbləğdə vəsaitlərin daxil olmasına şərait yaradır. Gəlirlərin müəyyən hissəsini post-neft dövrünə keçidi sürətləndirmək üçün qeyri-neft sektorunun inkişafına sərf etmək lazımdır. Bir hissəsini isə əsasən alternativ və bərpa olunan enerji sahəsinin inkişafına, yeni və innovativ texnologiyaların xaricdən gətirib ölkəmizdə tətbiqinə yönəldilməlidir.

Eksper qeyd etdi ki, keçid dövründə ölkənin əsaslı inkişafına nail olmaq istəyiriksə, ilk növbədə insan kapitalı və potensialı inkişafı etməli, daha savadlı və intellektual kadrlar yetişdirilməsilidir:
“Buna görə də təhsil sahəsinə böyük sərmayə qoyulmalı, onun səviyyəsi yüksəldilməli, gənclərimizin xarici ölkələrdə təhsil almalarına şərait yaradılmalıdır. Yaxşı olardı ki, Azərbaycan təhsildə rəqəmsal idarəetmənin inkişaf etdirilməsi üçün Sinqapur və Malayziya kimi müasir dövlətlərin təcrübələrinə yiyələnsin. Məlumdur ki, həmin ölkələrdə neft olmadığı halda, həm təhsilin bütün sahələri güclü inkişaf edib, həm də rəqəmsal idarəetmə və texnoloji sahələrdə ciddi irəliləyişə nail olublar”.
Elspertin fikrincə, işğaldan azad olunan ərazilər ölkəmizin iqtisadi inkişafı üçün böyük potensiala malikdir:
“Burada yeni iqtisadi sahələr qurulması üçün bütün imkanlar mövcuddur. Bunun üçün də innovativ həll yollarının, yeni iqtisadi meyllərin təşkilinə və iqtisadi strukturların qurulmasına ehtiyac var. Müharibədən sonra bu ərazilərdə qiymətli əlvan metal yataqları aşkar olundu və hazırda onların istismarı ilə bağlı işlər görülür”.
E.Kərimli vurğuladı ki, 2025-ci ildən sonra ağır metallurgiya sənayesinin və maşınqayırma müəssisələrinin yaradılması Azərbaycanın əsas hədəfinə çevrilməlidir:
“Bu sahələrin qlobal bazarın tərkib hissəsinə çevrilməsi, beynəlxalq brend markaların yaradılması və ölkəmizin daha da inkişafı üçün unikal imkanlar mövcuddur. Bizim digər iqtisadi resurslarımız və mövcud potensialımız bu inkişafa şərait yaradacaq. Hazırda neft və qazdan əldə etdiyimiz gəlirlərin bir hissəsini bu potensialın daha da böyüməsinə, yeni istehsal sahələrinin, xüsusilə yeni qida emalı sənayesinin yaranmasına sərf olunmalıdır. Digər tərəfdən, ölkəmizdə regionların inkişafı üçün böyük imkanlar mövcuddur”,
Rövşən Ziya
-
Dünya09:00“Taurus” raketlərinin Ukraynaya verilməsi riski barədə XƏBƏRDARLIQ: "MI6 nəsə hazırlayır"
-
Dünya07:47Qocalar evində FACİƏ: 10 nəfər öldü, 20-yə yaxın yaralı var
-
Magazin106:16Oğlu Zaura ŞƏRT QOYDU: "Səhnəni tərk edəcəyəm" - VİDEO
-
Hadisə05:45Bakıda avtobus bir neçə maşını əzib obyektə çırpıldı - VİDEO
-
Magazin103:43Toya gecikən Afət görün məclisə hansı geyimdə gəldi - VİDEO
-
ABŞ02:12ABŞ TƏŞVİŞ İÇİNDƏ - Sərnişin təyyarəsi hədəfə alındı, hava limanı bağlandı
-
İdman00:30“Qara bazar”dan şikayətlənirdi, özü də saxlanıldı
-
Qoroskop00:00Günün ULDUZ FALI - Gözlənilməz bir dərinliklə qarşılaşacaqsınız









.jpg)

.jpg)




























