Nida Xəbər
Artıq yoldadır: Rusiyanın göndərdiyi bu məhsul Azərbaycandan Ermənistana daşınır
Rusiyadan buğda Azərbaycandan keçməklə dəmir yolu ilə Ermənistana daşınır.
Publika.az xəbər verir ki, bu barədə Ermənistanın iqtisadiyyat naziri Gevork Papoyan sosial şəbəkədə məlumat verib.
Qurum rəsmisinin sözlərinə görə, yük artıq yoldadır. O, həmçinin yaxın günlərdə Qazaxıstan buğdasının da Ermənistana gələcəyini bildirib.
Bundan əvvəl Azərbaycan prezidenti İlham Əliyev Bakının Ermənistana yük tranzitinə qoyulan bütün məhdudiyyətləri aradan qaldırdığını bəyan edib. İlk belə yük Qazaxıstandan gələn taxıl olub. Ermənistanın iqtisadiyyat naziri Gevork Papoyan dəqiqləşdirib ki, yük Aktau-Bakı marşrutu ilə, daha sonra isə dəmir yolu ilə Gürcüstan ərazisindən keçəcək.
Bunun ardınca Rusiya baş nazirinin müavini Aleksey Overçuk bəyan edib ki, Azərbaycan Rusiya mallarının Ermənistana tranzitini təmin etməyə hazır olduğunu təsdiqləyib.
Tural
-
Avropa07:47Milyarder bu universitetə 190 milyon funt-sterlinq ianə edəcək
-
Magazin206:16Bahar yenidən həbs ediləcək
-
Sağlamlıq05:45Gülüş ömrü niyə uzadır? - Terapevt izah etdi
-
İdman00:45Türkiyə millisi dünya çempionatına vəsiqə qazandı
-
Qoroskop00:15Günün ulduz falı - Münasibətlərdə anlaşılmazlıqlar ola bilər
-
Magazin231 Mart 23:48Film premyerasında mini libası ilə göz qamaşdırdı - Foto
-
Art31 Mart 23:12“Mindiyimiz atlar günə 50 manat alırdı, biz 25 manat”
-
Əmlak31 Mart 21:36Azərbaycanda bəzi ailələrə yeni mənzillər veriləcək







.jpg)































