Ruslar ancaq Azərbaycan pomidoru yeyirlər: Belarusla Polşa da...
Bizi izləyin

İqtisadi gündəm

Ruslar ancaq Azərbaycan pomidoru yeyirlər: Belarusla Polşa da...

Rusiya tədarük olunan pomidorun 97,9 faizini Azərbaycandan alıb.

Publika.az xəbər verir ki, bu barədə “Sputnik” Dövlət Statistika Komitəsinin məlumatlarına istinadən xəbər yayıb.

Rusiya 2023-cü ildə Azərbaycan pomidorunun əsas idxalçısı olub. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2023-cü ilin birinci yarısında Azərbaycandan Rusiyaya 116,884 milyon dollar dəyərində 105,855 min ton pomidor göndərilib.

Belarus və Polşa da Azərbaycan pomidorunun üç ən böyük idxalçısı sırasındadır. Minsk Bakıdan 2,237 milyon dollara 953 ton, Varşava isə 1,255 milyon dollara 882 ton pomidor alıb.

“Anadolu” xəbər verir ki, ilin birinci yarısında Rusiya Türkiyədən 29,563 milyon dollar dəyərində pomidor idxal edib və Ankaranın beşinci idxalçısı olub. Agentlik göstəricilərin dinamikasını təqdim etməyib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm