İqtisadi gündəm
Təsdiqləndi: Maaş və pensiyalar bu tarixdən artırılacaq
Sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkiləri öncəsi maaş və pensiyaların artımı gözlənilirdi. Lakin bu proqnoz özünü doğrultmadı. Bəzi iqtisadçıların fikrincə, Milli Məclisə seçkilərdən sonra müavinətlərin artımı ilə bağlı qərar verilə bilər. Digər ehtimallara görə isə gələn ilin əvvəlində analoji addım atılacaq.
Bəs görəsən, maaş və pensiyalarda artım real görünürmü?
Publika.az xəbər verir ki, mövzu ilə bağlı Yenisabah.az-a danışan hüquqşünas və iqtisadçı-ekspert Əkrəm Həsənov bildirib ki, növbəti ilin əvvəlində maaş və pensiyaların artımı gözləniləndir:
“Maaş və pensiya artımı dedikdə, təbii ki, dövlət büdcəsindən müavinət alanlardan söhbət gedir. Əlbəttə, dövlət işində işləyənlərin də maaşlarının artırılması gözləniləndir. Bunun gələn il baş verməsi istisna deyil. Çünki intensiv formada müxtəlif sahələrdə qiymət artımı davam edir. Digər tərəfdən, minimum əməkhaqqının da artırılması müzakirə olunur. Nəzərə alaq ki, minimum əməkhaqqı ilə bağlı tərəfdaş olduğumuz beynəlxalq konvensiyaları pozuruq”.
Ekspert minimum əməkhaqqının da artırılcağını diqqətə çatdırıb:
“Bu məsələ ilə bağlı Avropa Xartiyası var və orada göstərilib ki, minimal əməkhaqqı ölkə üzrə orta minimal əməkhaqqının ən az 60 faizi qədər olmalıdır. Bizdə isə orta əməkhaqqı artıq 1000 manatı keçib. Yəni minimal əməkhaqqı hardasa 600 manata qədər artırılmalıdır. Yəni nəzərdə tutulan 500 manat belə azdır. Amma hər halda 500 manatdan çox olmayacaq. Bunu seçkiyə bağlamaq düzgün deyil. Ancaq maaş və pensiya artımı ilə paralel qiymətlər də qalxacaq”.
-
Magazin114:30Azəri qızı Günel təhqirlərə dözmədi: “Hamınızı ifşa edəcəyəm” - VİDEO
-
Sosial13:46İşçilər ixtisar edilir, dövlət texnikası isə... - Zaqatala Yol İdarəsində nə baş verir?
-
İdman13:26Pikfordun gizli qeydləri aşkar edildi, Messi şoka düşdü - FOTO
-
Dünya11:48Netanyahudan Türkiyə etirafı: Bu şəhəri ələ keçirmək istəyirlər
-
Rəsmi xronika11:13İlham Əliyev Fələstinin Baş nazirini qəbul etdi
-
Dünya10:24Bu ölkədə ara qarışdı: İsrail vətəndaşlarını axtarırlar, tapsalar...
-
Köşə10:00Messini “öldürməyin” yeganə yolu budur
-
İdman09:18Messi və dostları bu banneri açdılar, İngiltərəyə siyasi mesaj göndərdilər - FOTO














.jpg)


.jpg)





















