Sosial
Heydər Əliyev Fondu qayğıya ehtiyacı olan uşaqlar üçün tədbir keçirdi
Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə avqustun 26-da xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün əyləncə tədbiri keçirilib.
Publika.az xəbər verir ki, tədbirə ərazi bütövlüyünün bərpası uğrunda mübarizədə şəhid olmuş qəhrəmanlarımızın övladları, valideyn himayəsindən məhrum və internat məktəblərində tərbiyə alan, sağlamlıq imkanları məhdud və xüsusi qayğıya ehtiyacı olan uşaqlar dəvət alıblar.
Şənlik uşaqlara xoş və unudulmaz gün yaşatmaq, onların asudə vaxtlarının səmərəli və maraqlı təşkilinə şərait yaratmaq, hər bir uşağın diqqət və qayğı ilə əhatə olunduğunu hiss etdirmək məqsədilə təşkil edilib.
İstirahət məkanlarına xüsusi avtobuslarla gələn uşaqlar gün ərzində müxtəlif əyləncəli proqramlarda, maraqlı oyunlarda iştirak edib, yaradıcılıq və ustad dərslərində bacarıqlarını nümayiş etdirib, rəqs edib və həmyaşıdları ilə birlikdə maraqlı vaxt keçiriblər.
Tədbirlərin yekununda hər bir uşağa Heydər Əliyev Fondunun hədiyyələri təqdim olunub.
Uşaqlar Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanı doğum günü münasibətilə təbrik edib, onlara göstərilən diqqət və qayğıya görə təşəkkürlərini bildirib, tədbirin təşkilinə görə minnətdarlıqlarını ifadə ediblər.
-
Hadisə16:06Xocavənddə minaya düşən traktorçunun bir əli amputasiya olundu - YENİLƏNDİ
-
Nida Xəbər 14:55Ərdoğan Azərbaycana təşəkkür etdi
-
Region12:22Nəsimi Musayev Ermənistanda Robert Köçəryanla qonşu kamerada saxlanılır
-
Region11:16Ermənistanda həbsdə olan müxalifətçinin halı pisləşdi, həkimləri buraxmadılar - Öldü
-
Region10:58Rus turistlərin üz tutduğu ölkələr: Ermənistana səfərlər kəskin artıb
-
Nida Xəbər 10:19XİN Polşa və Anqolanı təbrik etdi
-
Dünya10:03Tehranda Netanyahunun oxşarı tapıldı: Ara qarışdı - FOTO
-
Magazin208:36Məşhur aktyor ürək çatışmazlığından vəfat etdi - FOTO






.jpg)













.png)





.jpg)










