İqtisadi gündəm
Çin Rusiyadan neft alışını kəskin azaltdı
Çin bu ilin doqquz ayı ərzində Rusiya neftinin idxalını 8,1 faiz azaldaraq 74,04 milyon tona salıb.
Publika.az xəbər verir ki, TASS-a bu barədə Çin gömrük rəsmiləri məlumat verib.
Qeyd edək ki, hesabat dövründə tədarüklərin dəyəri 21 faiz azalaraq 37,55 milyard dollar təşkil edib. Satınalmaların azalmasına baxmayaraq, Rusiya Səudiyyə Ərəbistanını (59,52 milyon ton), Malayziyanı (51,23 milyon ton), İraqı (49,28 milyon ton) və digər tədarükçüləri üstələyərək Çinin əsas karbohidrogen tədarükçüsü olaraq qalır.
Xatırladaq ki, 2024-cü ildə Çin Rusiya neftinin idxalını 1,3 faiz azaldaraq 108,47 milyon tona qədər azaltmışdı. 2025-ci ilin ilk beş ayı ərzində bu nisbət 12,7 faiz azalıb.
Bildirilir ki, ümumilikdə, bu ilin ilk 9 ayında Rusiya ilə Çin arasında ticarət dövriyyəsi 9,4 faiz azalıb. İki rekord ildən sonra ekspertlər ikitərəfli ticarətin təxminən 245 milyard dollardan təxminən 225 milyard dollara qədər azalacağını gözləyirlər.
Adəm
-
Magazin207:30Ermənistan Avroviziya Uşaq Mahnı Müsabiqəsinin qalibi oldu - VİDEO
-
Ekologiya07:17Şimşək çaxacaq, yağış yağacaq - Hava proqnozu
-
Magazin206:16O da "Gönül dağı"nda olacaq - FOTO
-
MDB05:45Rusiya Avropa ilə danışıqlar üçün şərt irəli sürdü
-
Sosial04:44Bu rayonun əksər əraziləri işıqsız qaldı
-
İdman02:12Antonelli avtomobili taxta darvazaya çırpdı – VİDEO
-
Magazin101:30Rafet El Roman azərbaycanlı nişanlısı ilə - FOTO
-
Kriminal00:45Tovuzda kütləvi dava: Ölən və yaralanan var - YENİLƏNDİ








.jpg)



























