İqtisadi gündəm
Qızıl sürətlə ucuzlaşmağa başladı - Nə baş verir?
Oktyabrın 21-də qızılın birja qiyməti kəskin şəkildə azalıb.
Publika.az xəbər verir ki, bu barədə “Prime” agentliyi məlumat yayıb.
Bildirilib ki, qiymətli metalın səhm qiyməti enişini 5%-ə qədər sürətləndirib. Belə ki, qızıl fyuçersləri bir həftəlik qazancdan sonra unsiya üçün 4133 dollara düşüb.
Bakı vaxtı ilə saat 18:37-yə olan məlumata görə, Nyu-Yorkun "Comex" birjasında dekabr ayı üzrə qızıl fyuçerslərinin qiyməti 214,1 dollar və ya 4,93% azalaraq bir troya unsiyası üçün 4145,3 dollar təşkil edib. Həmin gün keçirilən ticarət zamanı qiymət minimum səviyyəyə – 4133 dollara qədər enib.
Oktyabrın 16-da qızılın qiyməti tarixi maksimuma çatmışdı. İlk dəfə olaraq bir troya unsiyası üçün 4300 dollar həddini keçmişdi.
Cari ilin əvvəlindən etibarən qızılın qiyməti 59,19% artıb, oktyabrın əvvəlindən isə 8,02% bahalaşıb.
Hüseyn İbadlı
-
Magazin207:30Ermənistan Avroviziya Uşaq Mahnı Müsabiqəsinin qalibi oldu - VİDEO
-
Ekologiya07:17Şimşək çaxacaq, yağış yağacaq - Hava proqnozu
-
Magazin206:16O da "Gönül dağı"nda olacaq - FOTO
-
MDB05:45Rusiya Avropa ilə danışıqlar üçün şərt irəli sürdü
-
Sosial04:44Bu rayonun əksər əraziləri işıqsız qaldı
-
İdman02:12Antonelli avtomobili taxta darvazaya çırpdı – VİDEO
-
Magazin101:30Rafet El Roman azərbaycanlı nişanlısı ilə - FOTO
-
Kriminal00:45Tovuzda kütləvi dava: Ölən və yaralanan var - YENİLƏNDİ








.jpg)



























