İqtisadi gündəm
Türkiyə Azərbaycandan neft alışını xeyli azaldıb
Azərbaycandan bu ilin yanvar-sentyabr aylarında Türkiyəyə 119 min 494 ton neft ixrac edilib.
Publika.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, Türkiyəyə ixrac edilmiş neftin dəyəri isə 59 milyon dollar olub.
Son bir il ərzində ixracın həcmində 233 min ton (3 dəfə), dəyərində isə 134 milyon dollar (3,3 dəfə) azalma baş verib.
Qeyd edək ki, 2024-cü ilin yanvar-sentyabr ayında isə Azərbaycan Türkiyəyə 193 milyon dollar dəyərində 352 min 515 ton neft ixrac etmişdi.
Bu ilin yanvar-sentyabr aylarının nəticələrinə görə Türkiyəyə ixrac edilmiş neftin orta hesabla 1 tonunun dəyəri 840 manat olub ki, bu da 2024-cü ilin müvafiq göstəricisinə görə 91 manat (9,8%) azdır. Ötən ilin müvafiq dövründə bu göstərici 931 manata bərabər olub.
Xam neftin ixrac olunduğu ölkələrin siyahısında Türkiyə 2025-ci ildə 15-ci, 2024-cü ildə isə 12-ci yerdə olub.
-
Qoroskop01:20Günün ulduz falı: Qarşınıza yeni fürsətlər çıxacaq
-
Hadisə00:27Kiyevə dron hücumunda Azərbaycan vətəndaşı həlak oldu: yaralılar var - Yeniləndi
-
Magazin227 Sentyabr 20:32Kozinoğlu işi üzrə saxlanılan həkim evində ölü tapıldı
-
Region27 Sentyabr 20:18Müharibə Qiyamət gününədək davam etsə belə... - Əraqçidən sərt mesaj
-
İdman27 Sentyabr 19:03Millətlər Liqası: Azərbaycan millisi Litva ilə heç-heçə etdi - Yeniləndi
-
Ekopublika.az27 Sentyabr 18:36Azərbaycana milyardlarla dollar gələcək - Ekspert detalları açıqladı
-
MDB27 Sentyabr 17:39Şok statistika - Bir həftədə 10 mindən çox döyüşçü zərərsizləşdirildi
-
Yaxın Şərq27 Sentyabr 17:17ABŞ-ın pilotsuz sualtı aparatı ələ keçirildi












.jpg)


.jpg)

.jpg)

















.jpg)

