İqtisadi gündəm
Təhsil, tibb və sosial sahələrdə normalar artırıldı: Daha hansı artımlar olacaq?
Azərbaycan Prezidentinin “Yaşayış minimumu haqqında” Qanunda təsdiq etdiyi dəyişikliklərə uyğun olaraq Nazirlər Kabineti tibb, təhsil müəssisələrində və sosial sahəyə aid müəssisələrdə şəxslərin yeni qida normalarını müəyyənləşdirib. Yeni qərar ilə tibb və təhsil müəssisələrində uşaqlar üçün sutkalıq qida normaları təsdiq edilib. Sosial sahəyə aid olan müəssisələrdə xidmət alan şəxslər üçün də orta sutkalıq qida normalarının təsdiqi də reallaşıb.
Publika.az xəbər verir ki, bu sözləri iqtisadçı alim, deputat Vüqar Bayramov qeyd edib.
"Yeni dəyişikliklərə əsasən, tibb və təhsil müəssisələri ilə yanaşı, sosial sahəyə aid müəssisələrdə şəxslər üçün də yeni qida normaları təsdiq edilib. Belə ki, əvvəlki qanunvericilikdə sosial sahəyə aid müəssisələr üçün normaların təsdiqi nəzərdə tutulmurdu və bu da institutsional olaraq onların bu imkandan tam faydalanmasına imkan vermirdi. Yeni dəyişikliklər bu boşluğu aradan qaldırdı.
Artımlara gəldikdə isə, yeni normalarda artımlar da təsdiq edilib və bu da həmin qurumlara dövlət büdcəsindən daha çox vəsaitin ayrılacağı anlamına gəlir. Təbii ki, bu həmin müəssisələrin fəaliyyətlərinin səmərəlliyinin artmasına və maddi və sosial təminatının daha da gücləndirilməsinə imkan verəcək.
Yeni qida normalarının təsdiqi həmin müəssisələrdə xidmət alan vətəndaşlarımız üçün yeni imkan kimi xarakterizə olunur. Belə ki, yeni normalar müasir çağrışlar və xərclər nəzərə alınmaqla təsdiq olunub. Bu isə həmin müəssislər üçün ödənilən məbləğin artmasına səbəb ola bilər. Təbii ki, bu həmçinin həmin qurumlarda xidmətin keyfiyyətinin də artmasına gətirib çıxaracaq. Bu baxımdan, yeni normaların təsdiqi mütərəqqidir və büdcədən bu sahəyə daha çox vəsait ayrılmasına səbəb olmaqla vətəndaşlarımızın sosial təminatının gücləndirilməsinə xidmət edəcək", - o bildirib.
-
Qoroskop01:20Günün ulduz falı: Qarşınıza yeni fürsətlər çıxacaq
-
Hadisə00:27Kiyevə dron hücumunda Azərbaycan vətəndaşı həlak oldu: yaralılar var - Yeniləndi
-
Magazin227 Sentyabr 20:32Kozinoğlu işi üzrə saxlanılan həkim evində ölü tapıldı
-
Region27 Sentyabr 20:18Müharibə Qiyamət gününədək davam etsə belə... - Əraqçidən sərt mesaj
-
İdman27 Sentyabr 19:03Millətlər Liqası: Azərbaycan millisi Litva ilə heç-heçə etdi - Yeniləndi
-
Ekopublika.az27 Sentyabr 18:36Azərbaycana milyardlarla dollar gələcək - Ekspert detalları açıqladı
-
MDB27 Sentyabr 17:39Şok statistika - Bir həftədə 10 mindən çox döyüşçü zərərsizləşdirildi
-
Yaxın Şərq27 Sentyabr 17:17ABŞ-ın pilotsuz sualtı aparatı ələ keçirildi












.jpg)


.jpg)

.jpg)

















.jpg)

