İqtisadi gündəm
Kapital Bank nümayəndələri “Sibos 2026” çərçivəsində 30-dan çox işgüzar görüş keçirib
“Kapital Bank” dünyanın aparıcı maliyyə institutlarını, texnologiya şirkətlərini və digər maliyyə bazarı iştirakçılarını bir araya gətirən “Sibos 2026” beynəlxalq konfransında iştirak edib. Bankın nümayəndələri tədbir çərçivəsində beynəlxalq tərəfdaşlarla 30-dan çox işgüzar görüş keçirib.
İlk dəfə Mayami şəhərində keçirilən konfransın əsas mövzusu “Digital finance for AI-driven economies” (“Süni intellekt əsaslı iqtisadiyyatlar üçün rəqəmsal maliyyə”) olub. Dörd gün davam edən tədbirdə “Süni intellekt və innovasiyalar”, “Ödənişlər”, “Ticarətin maliyyələşdirilməsi”, “Rəqəmsal aktivlər”, “Kibertəhlükəsizlik”, “Məlumatların idarə edilməsi” və “Maliyyə sektorunda dayanıqlılıq” kimi mövzular müzakirə edilib.
“Kapital Bank” nümayəndələrinin keçirdiyi görüşlər beynəlxalq tərəfdaşlarla əlaqələrin inkişaf etdirilməsi və yeni əməkdaşlıq imkanlarının müzakirəsi baxımından əhəmiyyət daşıyıb. “Sibos” kimi qlobal platformalar banklara beynəlxalq maliyyə sektorundakı yenilikləri yaxından izləmək, tərəfdaşlarla fikir mübadiləsi aparmaq və gələcək əməkdaşlıq istiqamətlərini müəyyənləşdirmək imkanı yaradır.
“Kapital Bank” beynəlxalq maliyyə platformalarında iştirakı və tərəfdaşlıq əlaqələrinin inkişafı vasitəsilə müştərilərinə təqdim etdiyi xidmət və imkanları genişləndirməyə yönəlmiş fəaliyyətini davam etdirir.
Ölkənin birinci bankı “Kapital Bank” “PAŞA Holding”ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 116 filialı, 51 şöbəsi və 13 Rəqəmsal Mərkəzi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün https://kapitalbank.az saytına, 196 Əlaqə Mərkəzinə və ya bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti və Birbank kartı sifarişlərinizi onlayn formada həyata keçirə bilərsiniz.
-
Digər16:44Çində 6 bala yaxın zəlzələ oldu
-
Avropa16:15Polis 1300-dən çox etirazçını saxladı
-
Maraq dünyası15:57Çində dinozavr dişləri olan quş qalığı tapıldı - Foto
-
Ekologiya15:19Şahbuz və Ordubada qar yağdı - FOTO
-
Magazin214:36"Ceyms Bond"un ulduzu kor oldu
-
MDB14:18Bir həftədə Ukraynaya 1600 idarə olunan bomba atıldı
-
Ekologiya12:35Sabahın hava proqnozu açıqlandı
-
Magazin212:10Güven Kıraç 4 ildir münasibətdə olduğu Mervenur ilə ailə qurdu








.jpg)



















_(1).jpg)









