Hadisə
Masallıda “Piter Elçin”in qardaşına 25 güllə vurulub - RƏSMİ
Daxili İşlər Nazirliyi ötən gün Masallıda baş verən güllələnmə hadisəsi ilə bağlı məlumat yayıb.
Nazirliyin mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, dekabrın 21-də Masallı rayonunun Türkoba kəndində Lənkəran rayon sakini Murad Quluzadə odlu silahdan açdığı atəşlə Rusiya vətəndaşı Fariz İsmayılovu qətlə yetirib. O, könüllü Lənkəran Şəhər-Rayon Polis Şöbəsinə gəlib və hadisəni törədərkən istifadə etdiyi "UZİ" markalı silahı və 7 ədəd gülləni təhvil verib.
Hadisə yerinə baxış zamanı 25 ədəd giliz aşkarlanıb.
Faktla əlaqədar cinayət işi başlanıb.
Məlumata görə, qətlə yetirilən şəxs lənkəranlı kriminal aləmdə "Piter Elçin" kimi tanıan qardaşıdır.
Qeyd edək ki, bu il iyunun 20-də Sankt-Peterburqun “Sofiya” tərəvəz bazasında “Piter Elçin”in 43 yaşlı qardaşı Maarif İsmayılov da 27 yaşlı azərbaycanlı killer Emil Hüseynov tərəfindən əldəqayırma tapança ilə güllələnərək qətlə yetirilib.
-
Magazin204:1444 yaşlı aktrisa qara mini donda göz qamaşdırdı - Foto
-
Qoroskop01:41Bu bürclər xoşbəxtlik gətirir - onların yaxınlığında şanslı bir zolaq başlayır
-
Qoroskop00:00Günün ulduz falı - Köhnə xatirələr ortaya çıxa bilər
-
Magazin214 Mart 23:12“Hülya Avşarın serialı bərbaddır” - Video
-
Avropa14 Mart 23:00Rusiya Ukraynanı elə bombalarla vurdu ki... - Dəhşətli görüntülər
-
Magazin214 Mart 22:48Əfsanəvi qrupun gitaristi vəfat etdi
-
Magazin114 Mart 22:00"Gündə bir dəfə qidalanıram, 5 ildən bir xəstələnərəm"
-
İdman14 Mart 21:36Millinin baş məşqçisi gizlicə Belarusa köçdü





































