Hadisə
Lənkəranda TÜKÜRPƏDƏN OLAY: 6 günlük körpəni su quyusuna atdılar - TƏFƏRRÜAT (YENİLƏNDİ)
Lənkəran rayon Darquba kənd sakini Şaiq Nuriyevin yeni doğulmuş qızının quyuya atılması ilə bağlı araşdırma aparılır. Lakin qızın cinsiyyətinə görə bu hadisənin baş verməsi iddiası doğru deyil.
Bu barədə Publika.az-a yerli icra nümayəndəliyindən məlumat verilib.
Məlumata görə, hadisə baş verən gün evdə uşağın valideynləri - Şaiq Nuriyev və Mələk Nurullayevanın anaları, həmçinin gəlinin bacısı, qardaşının yoldaşı da olub.
Lakin araşdırma zamanı qapının zorla açılmadığı aydınlaşıb.
“Hadisə səhər saatlarında olub. Ana səhər namazı vaxtı uşağı yedizdirib və yatıb. Duranda isə uşağı görməyib. Bu müddətdə evə kənar şəxslər daxil olmayıb. Bütün kənd sakinləri qısa zamanda axtarışa qoşulub. Evin ətrafında hər yerə baxılıb, bir ehtimal kimi təsadüfən quyuya baxanda uşağın meyitini orada görüblər. Bu barədə də polisə məlumat verilib”, - deyə icra nümayəndəliyindən bildirilib.
Uşağın ailənin ikinci qız övladı olduğuna görə belə bir addım atılmasına gəldikdə icra nümayəndəsi bu barədə fikir bildirməyin çətin olduğunu dedi: “Bu məsələ araşdırılır. Lakin doğulacaq övladın qız olacağı ana bətnində məlum olur. Əgər qız istəməsəydilər, doğulmağına razı olmazdılar. Uşaq qeysəriyyə yolu ilə doğulub və kifayət qədər də xərc çəkilib. Qız istəməyən ona da razı olmazdı. Bu vaxta qədər ailədə münaqişə ilə bağlı bizə məlumat daxil olmayıb. Hər ailədə problem olur, lakin ciddi bir məsələ olsaydı, bizə də müraciət edilərdi”.
***
Lənkəran rayonunun Darquba kəndində körpə ölümü hadisəsi baş verib.
Publika.az xəbər verir ki, 6 günün körpəsi olan Nurullayeva Mələk Şaiq qızının meyiti su quyusundan tapılıb.
Hadisə səhər saatlarında baş verib. Adı hələ ki məlum olmayan ana uşağı yedizdirdikdən sonra yatıb. Yuxudan oyandıqda isə körpəni yanında görməyib. Onunla bir otaqda qayınanasının yatdığı bildirilir. Qadının həyat yoldaşı digər otaqda yatıb.
Öldürülən körpə ailənin ikinci qız uşağı olub. Ondan böyüyünün 4 yaşı var.
Onun meyiti Məhkəmə Tibbi Ekspertiza və Paraloji Anatomiya Birliyinin Lənkəran rayon şöbəsinə təhvil verilib.
Hadisənin kim tərəfindən və hansı şəraitdə törədildiyi araşdırılır.
-
ABŞ09:37Vanessa Tramp xərçənglə mübarizəsindən danışdı: "Nəhayət ki..."
-
ABŞ09:19İrandan sonra hədəf Kubadır - Trampdan açıq təhdid
-
ABŞ09:00ABŞ-dən İrana zərbə siqnalı: Bu həftəsonu hər şey dəyişə bilər
-
ABŞ06:46Pentaqondan daha bir UNO hesabatı: Sirli obyektin detalları açıqlandı
-
Qoroskop01:20Günün ulduz falı: sürprizlərə hazır olun!
-
Nida Xəbər 23 Oktyabr 23:35Suriyalıların girovuna çevrilən Türkiyə və seçki ambisiyaları - DETALLAR
-
Hadisə23 Oktyabr 21:39Qara dənizdə vurulan gəmidəki azərbaycanlılar otelə yerləşdirildi - Foto
-
Dünya23 Oktyabr 21:13Rusiya və Ukrayna razılığa gəldi - Bu tarixdə Xersonda atəşkəs başlayacaq









.jpg)


























