Hadisə
Azərbaycanda axund faciəvi şəkildə öldü
Ötən gecə Salyan rayonunun Şəhriyar küçəsindəki evlərdən birində dəm qazından zəhərlənmə hadisəsi baş verib.
1982-ci ildə anadan olmuş Əli Əliqəm oğlu İsmayılov dəm qazından boğularaq ölüb. İki azyaşlı uşaq atası olan Ə.İsmayılovun ailəsi həmin vaxt Bakı şəhərində olduğundan özü evdə tək olub.
İlkin məlumata görə, qəfil əsən külək nəticəsində mənzildə quraşdırılmış qaz peçinin baca borusunun başlığı üzü aşağı çevrilib və dəm qazı geriyə, evə dolmağa başlayıb. Nəticədə divanda yuxulayaraq televizora baxan Əli İsmayılov zəhərlənərək dünyasını dəyişib.
Qeyd edək ki, ali ruhanı təhsilli Əli İsmayılov Salyan rayonunun Dayıkənd kəndinin axundu idi. Atası , bölgənin ən nüfuzlu ruhanilərindən sayılan mərhum Hacı Əliqəm İsmayılov isə uzun illər Neftçala rayonunun axundu olub.
Faktla bağlı araşdırmalar aparılır. (Virtualaz.org )
-
Avropa21:48Parisdə iğtişaşlar yenidən alovlandı
-
Magazin221:00Ebru Gündeş səhnəyə həmin 100 min dollarlıq kəmərlə çıxdı - VİDEO
-
Hadisə17:09Şuşa Şəhər Polis Şöbəsinin rəis müavini vəfat etdi
-
Nida Xəbər 17:00Ukrayna səfiri: Azərbaycan xalqına sülh, rifah və işıqlı gələcək arzulayıram!
-
MDB16:46Bir həftədə Ukraynaya 2700 dron, 1700 aviabomba atıldı
-
Ekologiya16:16Şimşək çaxacaq, dolu düşəcək
-
Nida Xəbər 16:00Ərdoğan Azərbaycanı təbrik etdi
-
Magazin214:43Supermodelə nə olub? - FOTOLAR





































