Hadisə
Bir neçə rayonda çoxsaylı oğurluq edən DƏSTƏ ƏLƏ KEÇDİ
Masallı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri uğurlu əməliyyat-axtarış tədbirləri zamanı bir neçə rayonun ərazisində oğurluqlar törədən şəxslər saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Publika.az-a verilən məlumata görə, Masallı rayon Xırmandalı kənd sakini Şəmsəddin Qasımov DİN-in “102” xidməti-zəng mərkəzi və Masallı Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək naməlum şəxslərin ona məxsus mağazanın qapısını sındırmaqla oradan 150 manat pul oğurladığını bildirib.
Aparılan əməliyyat axtarış tədbirləri ilə faktı törətməkdə şübhəli bilinən Masallı sakinləri Fərhad Fərəcov, Xəlil İsmayılov və Neftçala sakini İsa Quliyev saxlanılıblar. Məlum olub ki, adıçəkilən şəxslər həmçinin fevralın 9-u gecə saatlarında Masallı rayonu Babaser kənd sakini Mais Ağayevə məxsus təmir sexindən elektrik avadanlıqlarını, fevralın 17-də isə rayon ərazisində “Kamaz” markalı avtomaşından 2 ədəd akkumlyatoru və digər bir təmir sexindən 15 ədəd su motorlarını oğurlayıblar.
Oğurluq əməlini davam etdirən həmin şəxslər sonrakı 2 gün ərzində gecə saatlarında Masallı rayonu ərazisində daha 3 Kamaz markalı avtomaşından ümumilikdə 6 ədəd akkumulyator oğurlayıblar.
Onların ətrafında aparılan əməliyyat tədbirləri zamanı digər rayonların ərazisindən etdikləri oğurluqlar da üzə çıxıb. Fərhad Fərəcov, Xəlil İsmayılov və İsa Quliyev Cəlilabad, Neftçala və Salyan ərazisində də oğurluqlar etdiklərini etiraf ediblər. Həmin rayonların ərazisində 7 Kamazdan 14 ədəd akkumlyator oğurladıqlarını və hamısını paytaxt ərazisində satdıqlarını bildiriblər.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, araşdırma davam etdirilir.
-
Nida Təhlil 16:36Erməni lobbiçilərindən dəstək, xarici fondlardan pul - “Mühacirlər”in növbəti fiaskosu
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur






.jpg)


























.jpg)
.jpg)

