Hadisə
Leysan şəhəri İFLİC ETDİ - ŞOK GÖRÜNTÜLƏR - FOTO/VİDEO
Leysan yağışlar nəticəsində baş verən daşqınlar Rusiyanın Krasnodar vilayətində altı insanın həyatına son qoyub, ən azı 60 nəfər yaralanıb.
Publika.az Rusiya KİV-inə istinadən xəbər verir ki, bu haqda fövqəladə xidmətlərdən bildirilib.
Bir insanın taleyi naməlum qalır. Regional hakimiyyət Abşeron və Tuapinski rayonlarında, həmçinin Soçi şəhərində fövqəladə vəziyyət rejimi tətbiq edib. Kubanda təbii hadisə nəticəsində 2 mindən çox ev dağılıb, avtomobil və dəmir yol əlaqəsi kəsilib.
Həmçinin, daşqınlar “Tixoretsk- Tuapse-1” meft kəmərinə zərər vurub.
Öz növbəsində regionun səhiyyə xidmətindən qeyd ediblər ki, 13 nəfər xəstəxanaya yerləşdirilib.
“Hazırda tibbi yardıma görə müraciət edənlərin ümumi sayı 50-dir. Onlardan 11-i uşaq, ikisi isə hamilə qadındır. 13 nəfər xəstəxanaya yerləşdirilib”, - xəbərdə deyilir.
Məlumata görə, ümumilikdə, hazırda vilayətin 12 yaşayış məntəqəsində 1034 yaşayış evi elektrik enerjisi, 20 yaşayış məntəqəsində isə 19 168 ev susuz qalıb.
Fəlakətin zonasında 1460-dan çox insan və texnikanın 330 vahidi işləyir.
Soçi və Tuapinski rayonunun bütün ərazisində tufan xəbərdarlığı qüvvədə qalmaqda davam edir.
-
ABŞ19:00ABŞ-da Hellouin dəhşəti: onlarla insan güllələndi
-
Hadisə18:5017 yaşlı Azərbaycan çempionu qəfil vəfat etdi - Foto
-
Hadisə18:40Şəkidəki kanat faciəsinə görə iki nəfər həbs olundu
-
Nida Təhlil 16:36Əli Kərimlinin övladları və erməni lobbisi: Şəxsi ambisiyalar naminə milli maraqların satılması
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...








.jpg)






















.jpg)
.jpg)

