Hadisə
Bakıda DƏHŞƏT: it qadını dişləyib sürüdü - TÜKÜRPƏDƏN VİDEO
Bakıda qadın sahibli itin hücumuna məruz qalıb.
Publika.az Minval.info-ya istinadən xəbər verir ki, hadisə ötən ilin dekabr ayında Nobel prospektində NZS qəsəbəsinə gedən yolun üzərində baş verib.
Bu barədə zərərçəkmiş Xoşqədəm adlı xanım bildirir ki, aldığı xəsarətlərə görə itin sahibi ona maddi yardım etməyib.
“Elçin adlı şəxsin iti mənə hücum etdi. Əvvəlcə, müalicələrim üçün 180 manat köməklik göstərdi. Sonra nə qədər telefonuna zəng vursam da, onu axtarsam da müxtəlif bəhanələr gətirirdi. Allahımıza and olsun, həkimə getməyə pulumuz yoxuydu. Qohumlar müalicə almağıma kömək etdi” – İtin hücumuna məruz qalan xanım deyir.
Şikayətçi bildirir ki, evə getdikdən sonra Elçinin mobil telefonuyla özünü Mirağa kimi təqdim edən şəxs ona zəng edib: “O, mənə hədə-qorxu gəldi, təhqir etməyə başladı. Deyirdi, “mən onun yiyəsiyəm, Mirağayam Saatlıdan. İtdir də, olub da, qəsdən üstünə cumdurmayıb ki…” Ən ağır söyüşlərlə ailəmi və məni təhqir etdi. Qohumlarıma zəng vurdum, polisə də müraciət etmişəm”.
Xoşqədəm xanımın redaksiyamıza təqdim etdiyi videodan aydın görmək olur ki, orta yaşlı kişinin köməyi ilə itin hücumundan qurtula bilib. Lakin o, hadisə nəticəsində ciddi xəsarətlər alıb. Xoşqədəm xanım itin sahibinin və onu təhdid edən şəxsin məsuliyyətə cəlb olunmasını istəyir.

-
Nida Təhlil 16:36Erməni lobbiçilərindən dəstək, xarici fondlardan pul - “Mühacirlər”in növbəti fiaskosu
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur






.jpg)


























.jpg)
.jpg)

