Hadisə
Məşhur azərbaycanlı aşığın qızı vəfat etdi - FOTO
Azərbaycan aşıq sənətinin tarixi simalarından olan Aşıq Bilalın qızı vəfat edib.
Publika.az xəbər verir ki, Şirvan aşıqlıq məktəbinin banisi sayılan Aşıq Bilal Mikayılovun 92 yaşlı qızı Şura Abdurrahmanova yaşadığı Kürdəmir şəhərində dünyasını dəyişib.
Qeyd edək ki, Aşıq Bilal 1872-ci ildə Şirvan qəzasının Qəşəd kəndində (hazrda Ağsu rayonunun inzibati ərazisi) dünyaya gəlib. O, Seyid Əzim Şirvaninin tələbəsi olub və Şirvan aşıq məktəbini yaradıb. Bölgədə böyük nüfuz sahibi olduğundan Azərbaycan Xalq Cumhuriyyəti yaranarkən Aşıq Bilal Şirvan qəzasının polis rəisi vəzifəsini icra edib. Məhz bu səbəbdən 1937-ci il repressiyası onu da haqlayıb və həbs edilərək həmin ilin noyabr ayında qətlə yetirilib. Aşıq Bilalın oğlu Aşıq Ağalar da Şirvan aşıq məktəbinin parlaq simalarından olub.
Qeyd edək ki, Aşıq Bilalın digər oğlu Şəfi Mikayılov keçən ilin dekabrında 96 yaşında vəfat etmişdi. Şura xanım isə onun ən kiçik övladı idi.
Allah rəhmət eləsin!
-
Nida Xəbər 23 Oktyabr 23:35Suriyalıların girovuna çevrilən Türkiyə və seçki ambisiyaları - DETALLAR
-
Hadisə23 Oktyabr 21:39Qara dənizdə vurulan gəmidəki azərbaycanlılar otelə yerləşdirildi - Foto
-
Dünya23 Oktyabr 21:13Rusiya və Ukrayna razılığa gəldi - Bu tarixdə Xersonda atəşkəs başlayacaq
-
Nida Xəbər 23 Oktyabr 20:24Azərbaycan səfiri Dövlət Baxçalı ilə görüşdü
-
Hadisə23 Oktyabr 19:00Qara dənizdə vurulan gəmidəki azərbaycanlılarla bağlı - XİN-dən açıqlama
-
Hadisə23 Oktyabr 17:56Vurulan gəmidə sağ qalan azərbaycanlılar - Adlar
-
Rəsmi xronika23 Oktyabr 16:10Prezident təsdiqlədi: DİN və XİN-ə konkret vəzifələr tapşırıldı
-
Rəsmi xronika23 Oktyabr 15:22Prezidentin sosial şəbəkə hesablarında video paylaşıldı












.webp)





















