Hadisə
Bakıda doğulmuş qadın milyarderdən GÖZLƏNİLMƏZ ADDIM
Anqolanın keçmiş prezidenti Eduardo dos Santosun qızı və ölkənin neft şirkəti "Sonangol"un Direktorlar Şurasına rəhbərlik edən milyarder-biznesvumen İzabel dos Santosun bütün sərvəti üzərinə həbs qoyulub.
Publika.az Virtualaz.org-a istinadla xəbər verir ki, Anqolanın baş prokuroru İzabel dos Santosun bir sıra dövlət şirkətləri ilə korrupsiya əlaqəsinə girərək dövlətə 1.14 milyard dollar zərər vurduğunu bildirir.
Eduardo Dos Santos ötən əsrin 70-ci illərind Bakıda, indiki Azərbaycan Dövlət Neft Akademiyasında təhsil alıb və burada evlənib. Həmin evlilikdən Bakıda onun hazırda 44 yaşında olan qızı İzabel dünyaya gəlib. Sonradan Eduardo dos Santos ölkəsinə qayıdıb və prezident olub, onillər boyu Anqolanı idarə edib. Sonradan onun qızı bizneslə məşğul olmağa başlayıb və sürətlə varlanaraq Afrikanın ən zəngin qadınına çevrilib. Sərvəti 3.5 milyard dollara yaxındır.
Xəbərlərə görə, İzabel dos Santos prokurorun onun sərvətinə həbs qoyulması barədə sanksiyasını tamamilə yanlış hesab edir və məhkəməyə müraciət edəcəyini, Anqola və beynəlxalq hüququn bütün imkanlarını işə salacağını bildirib.
Anqolada Eduardo dos Santosdan sonra hakimiyyətə gələn Prezident Lurensonun ən böyük vədlərindən biri korrupsiya ilə mübarizə və Santos ailəsinin iqtisadyyat üzərində təsirlərini aradan qaldırmaq barədə olmuşdu.
İzabel dos Santos bildirir ki, o, neft şirkətinin rəhbərliyinə atasının sayəsində deyil, biznesdə qazandığı uğurlar və nüfuz hesabına gəlib. O, barəsində irəli sürülən korrupsiya ittihamlarını rədd edir.
-
Cənubi Qafqaz11:10Azərbaycan sərhədin bu istiqamətində mövqelərini genişləndirib? - İDDİA
-
Nida Xəbər 10:52Bu şəxslər hərbi xidmət keçmədən “yararlı” bilet ala bilər
-
Sosial10:16Formula-1 zamanı Bakıda bu yollar bağlı olacaq
-
Dünya09:46Londonda həyəcan: Kralın bankir qohumu müəmmalı şəkildə öldü
-
Yaxın Şərq09:13Hörmüzdə bu ölkənin tankeri yanır - İran vurub
-
Avropa08:12Avropada poliqonda partlayış - Çox sayda yaralı var
-
Magazin106:16Röya mavi lələkli libasda - FOTO
-
Magazin203:43Həmin adı kürəyinə döydürmüşdü, indi yeni doğulan qızına qoydu - FOTO











.jpg)









.jpg)
















.jpg)


