Hadisə
Azərbaycanlı generalın elə bir şəkli yayıldı ki... - FOTO
Fevralın 3-də Bakı Şəhər Baş Polis İdarəsinin rəisi, polis general-mayoru Mirqafar Seyidovun 55 yaşı tamam olub.
Publika.az Axar.az-a istinadla xəbər verir ki, 1965-ci ildə Naxçıvan MR, Kəngərli rayonunun Şahtaxtı kəndində nüfuzlu seyid ailəsində anadan olan Mirqafar Seyidov, heç demə, polis sıralarına Desant Qoşunlarında xidmətdən gəlibmiş.
Belə ki, bu gün dostlarının telefonunda polis generalının məhz Sovet Ordusu sıralarında xidmət etdiyi vaxtlarda çəkilmiş bir fotosu yayılıb.
Azpolitika.info dəqiqləşdirib ki, Mirqafar Seyidov 1982-1989-cu illərdə Sovet Ordusunun nüfuzlu Hərbi Hava-Desant Qoşunlarında xidmət keçib, 1989-cu ildənsə daxili işlər orqanlarında xidmətə başlayaraq, cinayət axtarış strukturlarında müxtəlif vəzifələrdə işləyib. 2005-2007-ci illərdə DİN-in nəzdindəki Miqrasiya Xidmətinin rəis müavini olan M.Seyidov daha sonra DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin rəis müavini, DİN Daxili Təhlükəsizlik İdarəsinin rəisi, 2007-2014-cü illərdə isə DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin rəisi vəzifələrində işləyib.
2014-cü noyabr ayında Bakı şəhər Baş Polis İdarəsinin rəisi vəzifəsinə təyin olunub.
Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 1 iyul tarixli 393 nömrəli sərəncamı ilə polis general-mayoru ali xüsusi rütbəsi alıb. Prezidentin 2006-cı il 30 iyun tarixli 1545 nömrəli sərəncamı ilə cinayətlərin qarşısının alınması və açılması, ictimai təhlükəsizliyin təmin edilməsi sahəsində fərqləndiyinə görə "İgidliyə görə" medalı ilə təltif olunub.
2015-ci il 1 iyul tarixli Prezident sərəncamı ilə cinayətkarlığa qarşı mübarizədə, ictimai asayişin mühafizəsində, beynəlxalq əhəmiyyətli kütləvi tədbirlər zamanı ictimai təhlükəsizliyin təmin edilməsində və xüsusi tapşırıqların yerinə yetirilməsində fərqləndiyinə görə, 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeninə layiq görülüb.
Ailəlidir, üç övladı, 5 nəvəsi var.

-
ABŞ19:00ABŞ-da Hellouin dəhşəti: onlarla insan güllələndi
-
Hadisə18:5017 yaşlı Azərbaycan çempionu qəfil vəfat etdi - Foto
-
Hadisə18:40Şəkidəki kanat faciəsinə görə iki nəfər həbs olundu
-
Nida Təhlil 16:36Əli Kərimlinin övladları və erməni lobbisi: Şəxsi ambisiyalar naminə milli maraqların satılması
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...








.jpg)






















.jpg)
.jpg)

