Hadisə
Azərbaycanda İNANILMAZ HADİSƏ: Ər 3 günlük övladını və arvadını evə buraxmadı, ölümlə hədələdi
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi respublikamızın bölgələrindən birində baş vermiş məişət zorakılığı halı ilə əlaqədar çoxsaylı zəng və müraciətləri nəzərə alaraq məsələ ilə bağlı bəzi məlumatları ictimaiyyətin diqqətinə çatdırmağı vacib hesab edir.
Komitədən Publika.az-a verilən məlumata görə, bu günlərdə müvafiq rayonda Dövlət Komitəsinin tabeliyində fəaliyyət göstərən (rayonun və zərərçəkənin adı konfidensiallığın qorunması məqsədilə qeyd olunmur) Uşaq və Ailələrə Dəstək Mərkəzinə üç günlük körpəsi ilə birgə həyat yoldaşı və onun ailəsi tərəfindən evə buraxılmayan bir qadın müraciət edib. Üzərində şəxsiyyətini təsdiq edən sənədi olmayan qadın sənədinin götürülməsi üçün evə dönəcəyi halda ölümlə hədələndiyini, getməyə heç bir yeri olmadığını və valideynlərinin də onu qəbul etmədiyini bildirib.
Uşaq və Ailələrə Dəstək Mərkəzi rayon icra hakimiyyəti yanında “Gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə yerli monitorinq qrupu” ilə birgə təcili toplanaraq məsələnin həlli istiqamətində müzakirə aparıb. Qadının yaxın ailə üzvləri ilə aparılan söhbətlərə baxmayaraq, onun öz valideynlərinin evinə yerləşdirilməsi belə mümkün olmayıb.
"Məişət zorakılığının xüsusiyyətini və bu zəmində indiyədək baş vermiş qətl hadisələrini əsas götürərək, analoji hallar baş verdiyi təqdirdə zərərçəkənin yaşadığı və hədələndiyi ailəyə hətta polisin göstərişi olduğu halda yenidən qaytarılmasının böyük risk olduğu baş vermiş bu hadisə zamanı da nəzərə alınıb. Belə ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin məsələ ilə bağlı tövsiyə və göstərişinə müvafiq olaraq, körpəsi ilə axşam saatlarında küçədə qalmaq məcburiyyətində olan qadın Uşaq və Ailələrə Dəstək Mərkəzində polisin iştirakı ilə müvəqqəti yerləşdirilib. Ana və uşaq lazımi qida və yataq yeri ilə təmin edilib, hadisə ilə bağlı mövcud qaydalara uyğun qiymətləndirmə aparılıb, fərdi hal qovluğu açılaraq iş protokollaşdırılıb. Növbəti gün ana və körpəsi Bakı şəhərində yerləşən “Təmiz Dünya” sığınacağına yerləşdirilib. Hazırda qadın və uşağın vəziyyəti normaldır və sığınacağın sosial işçiləri tərəfindən operativ dəstək proqramına cəlb edilib.
Məsələ ilə bağlı Dövlət Komitəsi, Uşaq və Ailələrə Dəstək Mərkəzi, müvafiq sığınacaq, yerli icra hakimiyyətinin monitorinq qrupu və Daxili İşlər Nazirliyi birgə fəaliyyətlərini davam etdirəcək. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi bir daha cəmiyyətimizdə baş verən zorakılıq və etinasızlıq hallarını təəssüf hissi ilə qeyd edir. Bu gün bütün dünyanı əhatə edən koronavirus pandemiyası ilə mübarizə apardığımız, dövlətimizin ailələrin qayğısına qaldığı çətin bir dövrdə bəzi ailələr daxilində baş verən məsuliyyətsiz və zorakı davranışları kəskin şəkildə pisləyir. Cəmiyyətin əsas aparıcı qüvvəsi olan ailələrimizdə bir-birimizə tolerant, qarşılıqlı hörmət, qayğı, sevgi və məsuliyyət hissi ilə yanaşmağa, uşaqlara və yaşlılara qarşı daha həssas davranmağa çağırırıq", - deyə məlumatda qeyd olunub.
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi










.jpg)




.jpg)
















.jpg)

.jpg)
