Hadisə
Gəncədə silah-sursat tapıldı - Qazıntı zamanı
İyunun 3-də saat 14:05-də Daxili İşlər Nazirliyinin 102 - Zəng Mərkəzi Sistemindən Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Gəncədə Nizami Gəncəvi küçəsi 1-ci döngə ev 20 “A” ünvanında qazıntı işləri aparılarkən silah və əl qumbarasının tapılması barədə məlumat daxil olub.
ANAMA-dan Publika.az-a verilən məlumata görə, agentliyin xüsusi mobil çevik əməliyyat və partladıcı axtaran xüsusi təlim keçmiş itlərdən ibarət kinoloji qrupları, Gəncə Şəhər Baş Polis İdarəsinin Nizami Rayon Polis İdarəsinin və Gəncə Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyası (TTTYS) əməkdaşları dərhal həmin əraziyə göndərilib.
Agentliyin mütəxəssisləri və Gəncə Şəhər Baş Polis İdarəsinin Nizami Rayon Polis İdarəsinin əməkdaşları əraziyə baxış keçiriblər. Təhlükəsizliyi təmin etmək məqsədilə ərazi polislər tərəfindən mühasirəyə alınıb. Agentliyin mütəxəssisləri tərəfindən aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində bir ədəd RQ-42 əl qumbarası, bir ədəd UZRQM partladıcısı və otuz ədəd 5.45 millimetrlik patron (dolu avtomat darağı) aşkar olunub. Həmin sursat zərərsizləşdirilməsi üçün götürülərək agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.
Hərbi təyinatlı əşyaların ətrafında 50 kvadratmetr əraziyə baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.
-
Nida Xəbər 20:32Azərbaycanı hədələyən Oqtay Saral istefa verdi: Özündən ilk açıqlama - Yeniləndi
-
Hadisə19:13Bakıda deputat oğlunun iştirak etdiyi dava ilə bağlı qərar: 5 nəfər həbs olundu - FOTO/YENİLƏNDİ
-
Hadisə17:17Deputat Arzuxan Əlizadənin oğlu məhkəməyə belə gətirildi - VİDEO
-
Avropa16:55Vuçiçin anasına hücum etdilər
-
Digər16:44Çində 6 bala yaxın zəlzələ oldu
-
Avropa16:15Polis 1300-dən çox etirazçını saxladı
-
Maraq dünyası15:57Çində dinozavr dişləri olan quş qalığı tapıldı - Foto
-
Ekologiya15:19Şahbuz və Ordubada qar yağdı - FOTO











.jpg)














_(1).jpg)









