Hadisə
“Günəşli”də daha 2 neftçinin meyiti tapıldı - 4,5 ildən sonra
2015-ci il dekabrın 4-də “Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə baş vermiş qəza zamanı itkin düşən dənizçilərdən daha ikisinin meyitinin tapıldığı bildirilir.
Publika.az xəbər verir ki, bu barədə Axar.az-a özəl mənbədən məlumat verilib.
Qeyd edilib ki, bu meyitlər də ötəndəfəki kimi, 190 metr dərinlikdə aşkarlanıb.
Hazırda meyitlərin dərinlikdən çıxarılması üçün tədbirlər həyata keçirildiyi vurğulanıb.
Məsələ ilə bağlı saytımızın sorğusuna cavab olaraq SOCAR-ın mətbuat katibi İbrahim Əhməd bildirib ki, son günlər itkin düşən neftçilərə aid meyit tapılmayıb:
“Bildiyiniz kimi, bir müddət əvvəl dənizin dərinsulu hissəsində sualtı boru xətləri təftiş olunarkən itkin düşmüş iki həmkarımızın meyiti aşkarlanıb, sudan çıxarılmışdı və onların kimliyi təsdiqləndikdən sonra torpağa tapşırıldı. Bu hadisədən sonra sualtı təftiş əməliyyatları plan üzrə davam etməkdədir. Təftiş zamanı bəzən şübhə-ehtimal doğuran görüntülərə rast gəlinə bilir və belə olan halda müvafiq dəqiqləşdirmələr aparılır. Bizdə olan məlumata görə, son günlərdə itkin düşmüş həmkarlarımıza aid heç bir meyit sudan çıxarılmamışdır. Ümumilikdə isə əgər dənizdə bir meyit aşkarlanıb, sudan çıxarılarsa, öncə onun kimliyi müəyyən edilməlidir. Belə olan halda güman olunan şəxsin ailə üzvləri ilə dərhal əlaqə saxlanılır və meyitin kimə aid olması təsdiqlənəndən sonra ictimaiyyətə məlumat verilir. Belə bir məlumatımız olsa, biz onu media mənsublarına təqdim edəcəyik”.
Qeyd edək ki, “Günəşli” yatağında yanğın 2015-ci il 4 dekabrda 10 saylı dərin dəniz özülündə baş verib. Hadisə nəticəsində 63 nəfər zərər çəkib. Onlardan 9 nəfər dünyasını dəyişib, 22 nəfər itkin düşüb.
Bu hadisə ilə əlaqədar olaraq 6 dekabr Azərbaycanda matəm günü elan edilib.
Ötən ay itkin düşən dənizçilərdən ikisinin - 1954-cü il təvəllüdlü Əbdüləziz İsmayıl oğlu Əbdüləzizov və 1973-cü il təvəllüdlü Əyyub Xəlil oğlu Əliyevin meyiti tapılmışdı. Meyitlər tanınan vəziyyətdə idi.
-
Magazin102:44Ceki Çan Bakıda
-
Qoroskop01:40Günün ulduz falı: bu vərdişiniz əks nəticə verəcək
-
Hadisə00:27Türkiyə gəmisinə dron hücumu: yaralıların son vəziyyəti açıqlandı - Yeniləndi
-
Dünya3 Avqust 22:46Zelenski bu səfirləri vəzifələrindən azad etdi
-
Hadisə3 Avqust 22:18Azərbaycanda zəlzələ oldu
-
İdman3 Avqust 22:04İnfantino qorxuya düşüb: Ümidi Trampa qalıb - İddialara Ağ Evdən cavab gəldi
-
Region3 Avqust 21:13İstanbulda torpaq sürüşməsi baş verdi - Dağıntılar altında qalanlar var
-
ABŞ3 Avqust 20:12İran ya saziş bağlamalı, ya da təslim olmalıdır! - Tramp


























.jpg)
.jpg)





