Hadisə
Masallıda itkin düşmüş qızlar "Kamaz"da tapıldı - YENİLƏNDİ
Masallı rayonunda itkin düşdüyü bildirilən 3 yeniyetmə qız tapılıb.
Ötən gün axşam saatlarında Masallı rayonunun Şərəfə kəndinə qonaq gələn və itkin düşdüyü ehtimal olunan 2004-cü il təvəllüdlü Kərimova Alamə Tələt qızı, 2006-cı il təvəllüdlü Ələsgərova İlahə Əlövsət qızı və 2010-cu il təvəllüdlü Ələsgərova Səkinə Əlövsət qızı tapılıblar.
Belə ki, qızlar Bakıya qayıdarkən postların birində yük avtomobilində aşkarlanaraq valideynlərinə təhvil verilib. Kənd sakinlərinin bildirdiyinə görə, qızlar yola çıxaraq evlərinə qayıtmaq üçün Bakı istiqamətinə gedən "Kamaz" markalı maşına miniblər. Axtarışlar nəticəsində yük maşını Bakıya yaxınlaşarkən saxlanılıb.
Qeyd edək ki, dünən qızların itkin düşməsi ilə bağlı Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə zəng edilmişdi.
Bu hadisə ilə bağlı ilkin xəbəri cənub.az internet qəzeti yaymışdı. (report)
xxx
Masallıda üç qız itkin düşüb.
Fövqəladə Hallar Nazirliyindən Publika.az-a verilən məlumata görə, "112" qaynar telefon xəttinə 19 iyun 2020-ci il tarixində axşam saatlarında Masallı rayonunun Şərəfə kəndi ərazisində itkin düşmüş 2004-cü il təvəllüdlü Kərimova Amalə Tələt qızının, 2006-cı il təvəllüdlü Ələsgərova İlahə Əlövsət qızının və 2010-cu il təvəllüdlü Ələsgərova Səkinə Əlövsət qızının axtarışlarının aparılması üçün müraciət daxil olub.
Dərhal Fövqəladə Hallar Nazirliyinin (FHN) müvafiq xilasetmə qurumları və digər aidiyyəti dövlət qurumları məlumatlandırılıb. Hazırda FHN-nin Cənub Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri tərəfindən itkin düşmüş şəxslərin axtarışları həyata keçirilir.
-
ABŞ08:45Tramp: Mən səkkiz Nobel Sülh Mükafatı almalı idim
-
Avto07:35Çin maşını almaq istəyənlərə xəbərdarlıq - Yeni qaydalar Azərbaycana da təsir edəcək
-
Nida Xəbər 06:16Türkiyədən Azərbaycanla bağlı yayılan paylaşımlara sərt reaksiya
-
Region03:43İranda partlayış oldu, polis rəisinin müavini öldü
-
Qoroskop01:20Günün ulduz falı: Pul itkilərinin qarşısını almaq üçün tədbirlər görməlisiz
-
Kriminal9 Oktyabr 19:40Azərbaycanda övladlarına işgəncə verən ana və ögey ata həbs edildi
-
Dünya9 Oktyabr 19:30Türkiyəli iş adamının evinə silahlı basqın: 820 min dollarlıq sərvət oğurlandı
-
Elm və təhsil9 Oktyabr 18:30Övladını dərsdən yayındıran valideynləri hansı məsuliyyət gözləyir? - Rəsmi















.jpg)

















.jpg)



