Hadisə
Şəkidə 10 yaşlı uşağı it PARÇALADI - VİDEO
Şəkidə 10 yaşlı uşağa hücum edən it ona çoxsaylı xəsarət yetirib. Bu nə birinci hadisədir, nə də sonuncu. Növbəti dəfə vəhşi heyvan hücumuna məruz qalmış azyaşlı həyatının şokunu yaşayıb. Quduz it uşağa ağır bədən xəsarətləri yetirib.
Publika.az xəbər verir ki, hadisə dünən Şəki şəhərinin 25-ci məhəlləsindəki yeni yaşayış massivində baş verib.
Küçədə həmyaşıdları ilə oynayan 10 yaşlı Taleh Mustafayev qəflətən itin hücumuna məruz qalıb. Quduz it onun baş, qol və bədəninin digər nahiyələrinə xəsarət yetirib. Qonşuların köməyi ilə uşaq itin əlindən alınaraq təcili Şəki Mərkəzi Xəstəxanasına aparılıb.
Xəstəxanada zərərçəkən azyaşlıya baş, gicgah-təpə, çənə, sağ əlin bazu, said nahiyələrində qanaxma ilə müşayiət olunan çoxsaylı it dişləməsi, cırılmış cızılmış, didilmiş yaralardan ibarət diaqnoz qoyulub.
Xəstəxanadan bildiriblər ki, Taleh Mustafayev bədəninin çoxsaylı it dişləməsi və cırılmış yarası xəsarəti ilə cərrahi şöbədə stasionar müalicə olunur. Xəstənin vəziyyəti orta-ağır qiymətləndirilir.
Faktla əlaqədar aidiyyəti qurumlarda araşdırılmalara başlanılıb.
-
Nida Təhlil 16:36Erməni lobbiçilərindən dəstək, xarici fondlardan pul - “Mühacirlər”in növbəti fiaskosu
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur






.jpg)


























.jpg)
.jpg)

