Hadisə
Bakıda dəniz sahilində silahlı şəxslər tutuldu
Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq qurumları ilə birgə respublikanın şəhər və rayonlarında qanunsuz ovun, mülki silahın daşınması qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə tədbirləri davam etdirir.
DİN-in Mətbuart Xidmətindən Publika.az-a verilən məlkumata görə, paytaxtın Qaradağ rayonunun Sahil qəsəbəsində dəniz sahilində Bakı şəhər sakini R.Sadıxov, K.İsgəndərov, İ.Süleymanov və Yevlax rayon sakini K.İsgəndərovun ov qaydalarını kobud şəkildə pozmaları aşkarlanıb. Onlardan müxtəlif markalı 4 ədəd ov silahı götürülüb.
İnzibati Xətalar Məcəlləsinin 272.3-cü (lazımi icazə olmadan və ya qadağan edilmiş yerlərdə, yaxud qadağan olunmuş müddətlərdə, qadağan edilmiş alətlərlə və ya üsullarla ov edilməsi) maddəsinin tələblərini pozmuş həmin şəxslər barəsində inzibati protokollar tərtib edilərək hər birinə 1 000 manat məbləğində inzibati cərimə tətbiq olunub.
Bu istiqamətdə tədbirlər davam etdirilir.
-
Magazin102:44Ceki Çan Bakıda
-
Qoroskop01:40Günün ulduz falı: bu vərdişiniz əks nəticə verəcək
-
Hadisə00:27Türkiyə gəmisinə dron hücumu: yaralıların son vəziyyəti açıqlandı - Yeniləndi
-
Dünya3 Avqust 22:46Zelenski bu səfirləri vəzifələrindən azad etdi
-
Hadisə3 Avqust 22:18Azərbaycanda zəlzələ oldu
-
İdman3 Avqust 22:04İnfantino qorxuya düşüb: Ümidi Trampa qalıb - İddialara Ağ Evdən cavab gəldi
-
Region3 Avqust 21:13İstanbulda torpaq sürüşməsi baş verdi - Dağıntılar altında qalanlar var
-
ABŞ3 Avqust 20:12İran ya saziş bağlamalı, ya da təslim olmalıdır! - Tramp

























.jpg)
.jpg)





