Hadisə
Bakıda ev, Şəmkirdə sex yandı
Nəsimi rayonunda bir-birinə bitişik tikilən birmərtəbəli evlərdən ümumi sahəsi 30 m² olan taxta konstruksiyalardan ibarət ev və içərisindəki əşyalar, ümumi sahəsi 60 m² olan evin pəncərə çərçivəsi və ümumi sahəsi 35 m² olan evin dam örtüyünün yanar konstruksiyaları 2 m² sahədə yanıb.
Publika.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.
Belə ki, yanğın zamanı bir nəfər yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyyə olunub. Evlərin qalan hissəsi və bitişik digər evlər yanğından mühafizə olunub.
Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Bundan başqa, Şəmkirdə avtomobil sexində yanğın olub. Ümumi sahəsi 32 m² olan avtomobil təmiri sexinin lambirindən ibarət tavanı və içərisindəki avadanlıqlar, bitişik ümumi sahəsi 340 m² olan kürsülü birmərtəbəli evin yanar konstruksiyaları 40 m² sahədə və dam örtüyü 30 m² sahədə yanıb.
Yanğın zamanı müxtəlif xəsarətlər alan bir nəfər yanğınsöndürənlər hadisə yerinə çatana kimi vətəndaşlar tərəfindən xəstəxanaya aparılıb. Sexin və evin qalan hissəsi yanğından mühafizə olunub.
Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
-
Nida Təhlil 16:36Erməni lobbiçilərindən dəstək, xarici fondlardan pul - “Mühacirlər”in növbəti fiaskosu
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur






.jpg)


























.jpg)
.jpg)

