Hadisə
Ağdaşda gizli işləyən kafe və çayxana aşkarlandı - 28 nəfər cərimələndi
Ağdaşda xüsusi karantin qaydalarına zidd olaraq gizli fəaliyyət göstərən kafe və çayxana aşkar edilib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Publika.az-a bildirilib ki, Ağdaş Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbir zamanı şəhər ərazisində yerləşən kafenin işlədiyi məlum olub. Obyektə baxış zamanı kafeni işlədən Mahmud Əhmədovun və 14 nəfər müştərinin xüsusi karantin qaydalarını pozaraq orada olduqları aşkar edilib. Həmin şəxslər Polis Şöbəsinə gətirilib və barələrində qanunvericiliyə uyğun tədbir görülüb.
Digər bir tədbir zamanı isə şəhər parkının ərazisində yerləşən çayxananın işlədiyi müəyyən edilib. Qaydaları pozduqları üçün icarədar və orada olan 12 müştəri barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə protokol tərtib olunaraq cərimələniblər.
-
Hadisə18:5017 yaşlı Azərbaycan çempionu qəfil vəfat etdi - Foto
-
Hadisə18:40Şəkidə kanat faciəsinə görə iki nəfər həbs olundu
-
Nida Təhlil 16:36Əli Kərimlinin övladları və erməni lobbisi: Şəxsi ambisiyalar naminə milli maraqların satılması
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm








.jpg)























.jpg)
.jpg)

