Hadisə
Talış və Suqovuşana gizli daxil olan şəxslər yaxalandı
Tərtər rayonunun işğaldan azad edilmiş ərazilərinə gizli yollarla daxil olmağa çalışan şəxslər müəyyən edilərək məsuliyyətə cəlb ediliblər.
DİN Mətbuat Xidmətinin Bərdə regional qrupundan Publika.az-a verilən məlumata görə, fevral ayının 4-də Tərtər RPŞ-nin əməkdaşları tərəfindən həyata keçirilmiş tədbirlər nəticəsində rayon sakinləri Şəhriyar Mahmudov, qardaşı Bəxtiyar Mahmudov, eləcə də, Orxan Məmmədov və Dağıstan Şahvələdovla birlikdə işğaldan azad edilmiş Suqovuşan və Talış kəndlərinin ərazisinə gizli yollarla daxil olsalar da polis əməkdaşları tərəfindən müəyyən ediliblər.
Saxlanılarkən polis əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmadıqlarına görə B.Mahmudov, O. Məmmədov və D.Şahvələdovun barələrində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilərək baxılması üçün Tərtər rayon məhkəməsinə göndərilib və hər biri 200 manat miqdarında cərimə edilib. Ş. Mahmudov barəsində isə Cinayət Məcəlləsinin 221.2.2-ci maddəsi ilə cinayət işi başlanılıb.
Faktla bağlı Tərtər RPŞ-də araşdırmalar davam etdirilir.
-
İdman10:14Messi həyat yoldaşı ölən xanım jurnalistə nə təklif edibmiş? - Hər şeyi yazdı
-
Yaxın Şərq09:44ABŞ-ın səsdən sürətli təyyarəsi İran sərhədində dövrə vurur - Nə baş verir?
-
MDB09:14Ukrayna Soçini vurur - Neft anbarı yanır
-
Sosial08:12Bakı və Abşeronun bir sıra ərazilərində işıq olmayacaq
-
Sağlamlıq08:00Həkim ömrü uzadan qidalardan danışdı
-
Magazin107:00Domino fəlakəti: “Çelsi”, “Monako” və “Everton” anlaşmaları necə çökdü?
-
Magazin206:16Jurnal üçün dərin dekolteli və uzun yarıqlı libasda poza verdi - FOTO/VİDEO
-
Qadın00:45“Gözəl qadın” filmindəki saç düzümü payızın trendinə çevriləcək







.jpg)
.jpg)




























.jpg)
.jpg)