Hadisə
Sabiq deputatın evində OĞURLUQ - Polis araşdırma aparır
Gürcüstan parlamentinin keçmiş deputatı Azər Süleymanovun Marneulinin Abdulla Şaiq küçəsində yerləşən evində oğurluq olub.
Publika.az xəbər verir ki, 24News.ge-yə danışan Azər Süleymanov bildirib ki, oğurluq sistemli şəkildə baş verib və oğrular ayrı-ayrı günlərdə evə daxil olublar.
Onun sözlərinə görə, oğruların evə girməsi təhlükəsizlik kameraları vasitəsi ilə qeydə alınıb.

Süleymanov bildirib ki, cinayətkarların evə sonuncu dəfə daxil olması bu gün səhər saat 07:00 radələrində baş verib.
Oğrular evin həyətində olan antikvar əşyaları oğurlayıb və avtomobili qarət ediblər, lakin mənzilə daxil ola bilməyiblər.
Azər Süleymanov hələlik oğurlanan əşyaların dəyərinin bilinmədiyini qeyd edib: "Hal hazırda Daxili İşlər Nazirliyinin əməkdaşları evdə istintaq aparır, evə yerləşdirilən kamera görünütüləri polis tərəfindən götürülüb".
Tural Turan
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi











.jpg)
























.jpg)
.jpg)
