Hadisə
FHN mətbuatda yayılan məlumatlara reaksiya verdi - FOTO/VİDEO
Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tikintidə təhlükəsizliyin təmin olunması istiqamətində zəruri tədbirləri davam etdirir.
Publika.az nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, bir neçə gün əvvəl ölkə mətbuatında Bakı şəhəri, Xətai rayonu, M.Mehdizadə küçəsi 2-4 ünvanında çoxmərtəbəli yaşayış binasının inşası zamanı tikintidə təhlükəsizlik qaydalarının pozulması və nəticədə həmin obyektin yaxınlığından keçən insanların həyatı üçün təhlükə yaranması barədə məlumat işıqlandırılıb.
Göstərilən məsələ ilə əlaqədar dərhal FHN Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin mütəxəssisləri tərəfindən əraziyə baxış keçirilib. Həqiqətən də “AzDTN 1.6-2 Azərbaycan Respublikasının Dövlət Tikinti Normaları”nın “Tikintinin təşkili” bölməsinin 4.6-ci maddəsində nəzərdə tutulmuş tikinti meydançasının bilavasitə yaxınlığında yaşayan, istirahət edən və ya hərəkət edən insanların tikinti işləri ilə bağlı yarana bilən təhlükələrdən müdafiəsi ilə bağlı tələbin tikintini həyata keçirən “İnşaat Konstruksiyaları” MMC tərəfindən təmin edilmədiyi və bununla da ətrafdakı insanların həyatı üçün təhlükəli vəziyyətin yarandığı müəyyən edilib.
Göstərilən məsələ ilə əlaqədar FHN-in mütəxəssisləri tərəfindən “İnşaat Konstruksiyaları” MMC-dən ətrafdakı insanların təhlükəsizliyinin təmin olunması məqsədilə zəruri tədbirlərin dərhal görülməsi tələb olunaraq tikinti işləri müvəqqəti dayandırılıb.
Şirkət tərəfindən qısa müddətdə ərazidə insanların təhlükəsizliyinin təmin edilməsi üçün müvafiq tədbirlər görüldükdən, o cümlədən ərazi çəpərləndikdən, zəruri qoruyucu konstruksiyalar quraşdırıldıqdan sonra tikinti işlərinin davam etdirilməsinə icazə verilib.







-
Dünya09:46Londonda həyəcan: Kralın bankir qohumu müəmmalı şəkildə öldü
-
Yaxın Şərq09:13Hörmüzdə bu ölkənin tankeri yanır - İran vurub
-
Avropa08:12Avropada poliqonda partlayış - Çox sayda yaralı var
-
Magazin106:16Röya mavi lələkli libasda - FOTO
-
Magazin203:43Həmin adı kürəyinə döydürmüşdü, indi yeni doğulan qızına qoydu - FOTO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sevgi həyatınızda xoş sürprizlər ola bilər
-
Dünya17 Sentyabr 23:363I/ATLAS-la bağlı SİRR ÇÖZÜLÜR - Kometin quyruğunda nə aşkar edilib?
-
Cənubi Qafqaz17 Sentyabr 22:48Paşinyan rəqibinə aman vermir - Daha 2 ay...











.jpg)
.jpg)





















.jpg)


