Hadisə
Azərbaycanda QANDONDURAN HADİSƏ: 87 yaşlı qadının əl-qolunu bağlayıb tövlədə... - VİDEO
Gədəbəy Rayon Polis Şöbəsi ahıl qadının tövlədə bağlı vəziyyətdə saxlanılması barədə sosial şəbəkələrdə yayılan məlumatlara aydınlıq gətirib.
Publika.az xəbər verir ki, həmin qadının Daşkəsən rayonunda qeydiyyatda olmaqla Gədəbəy rayonunun İvanovka kəndində yaşayan 1934-cü il təvəllüdlü Səkinə Həsənova olduğu müəyyən edilib.
xxx
Gədəbəydə 87 yaşlı qadının tövlədə saxlanılmasına dair görüntülər yayılıb.
Publika.az xəbər verir ki, məsələni "Azərbaycan Uşaqları" İctimai Birliyinin sədri Kəmalə Ağazadə ictimailəşdirib.
İddia olunur ki, həmin qadının pensiya kartı əlindən alınıb. Daha sonra onun əllərini bağlayaraq tövlədə saxlayıblar.
"3 gün öncə ahıl bir qadının şiddət görməsi ilə bağlı yazı paylaşmışdım. Aidiyyəti qurumları işarələmişdim. Həmin qurumlardan da əlaqə saxlamamı, qadın haqqında məlumatları onlara verməyimi bildirəndə dərhal göndərdim. Harada yaşayır, kim ona işgəncə verir, vəziyyəti barədə bildiklərimi göndərdim. Mənə dedilər ki, biz dərhal nümayəndələrimizi göndərəcəyik araşdıracaqlar. Ancaq Səkinə xalanın pensiya kartını mənimsəyən və işgəncə verən bu dəfə onu qardaşına məxsus tövlədə ac-susuz və əli-qolu bağlı vəziyyətdə, boğazına kəndir keçirilmiş halda saxlayır.
Mənə verilən məlumata görə, Səkinə xala Gədəbəy rayonunun İvanovka kəndində Qəzənfər adlı şəxs tərəfindən şiddətə və işgəncəyə məruz qalır. Dəfələrlə qadınla bağlı kənd camaatının müdaxiləsi də olub, amma nə fayda...", - K.Ağazadə qeyd edib.
-
Avropa13:53Naməlum uçan obyektə görə NATO qırıcılarını havaya qaldırdılar
-
Elm və təhsil12:56Nazir: "Bizə formal doktorantura bitirənlər lazım deyil"
-
Digər12:20An-32 qəzaya uğradı, 5 hərbçi öldü - SSRİ istehsalı imiş
-
MDB11:23Məşhur rus alim Ermənistanın hava limanında saxlanıldı
-
İdman10:32İran milli komandasının təlim bazasının yaxınlığında cəsəd tapıldı
-
İdman10:00Dünya çempionatında qalmaqal: - İngiltərə yığmasının butsuları və avadanlıqları oğurlandı
-
ABŞ08:30Pentaqon UNO materiallarını yayımladı - Üçüncü dəfə
-
Elm və təhsil08:15"Son zəng" çalınır





































