Hadisə
Bakıda institut direktoru dəfn edildi - FOTO/YENİLƏNDİ
AMEA-nın akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun direktoru, akademik Ramiz Məmmədov II Fəxri xiyabanda dəfn edilib.
Mərasimdə mərhumun ailə üzvləri, yaxınları və ictimaiyyət nümayəndələri iştirak ediblər.(Report)
13:45
***
10:20
AMEA akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun direktoru, akademik Ramiz Məmmədov vəfat edib.
Publika.az xəbər verir ki, R.Məmmədov 71 yaşında dünyasını dəyişib.
Qeyd edək ki, Ramiz Məmmədov 4 fevral 1950-ci ildə Gürcüstan SSR Qardabani rayonunun Qaracalar kəndində anadan olmuşdur. 1967-ci ildə həmin kəndin orta məktəbini bitirmiş və Azərbaycan Dövlət Universitetinin fizika fakultısinə qəbul olunmuş və 1972-ci ildə ali təhsilini başa vurmuşdur. 1973-cü ildə AMEA-nın akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunda Xəzər Dənizi Problemləri Mərkəzində başlamışdır.

Coğrafiya İnstitutunun Elmi şurasının qərarı ilə 1975–1976-cı illərdə Moskva Okeanologiya İnstitutunda stajyor olmuş, 1977-ci ildə isə həmin institutun əyani aspiranturasına qəbul olunmuşdur. 1980-ci ilin yanvar ayında o Dayaz dənizlərdə və şirinsulu sututarlarında turbulent mübadilə mövzusunda Moskva Okeanologiya İnstitutunun Dissertasiya Şurasında Okeanologiya ixtisası üzrə namizədlik ddissertasiyası müdafiə edərək fizika-riyaziyyat elmləri namizədi elmi adını almışdır. 1980–1985-ci illərdə Azərbaycan Kosmik Tədqiqatlar Elm-İstehsalat Birliyində Xəzər elmi tədqiqat stansiyasının müdiri vəzifəsində çalışmış, 1985-ci ildə AMEA-nın Rəyasət Heyətinin qərarı ilə əvvəl Geologiya, 1989-cu ildə isə yenidən Coğrafiya İnstitutuna işə qaytarılmışdır. 1991-ci ildən AMEA akad.H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun Xəzər Dənizi Problemləri Mərkəzinin müdiri, 1995–2013-cü illər ərzində isə həmin institutun elmi işlər üzrə direktor müavini vəzifəsində işləmiş, 2013-cü ildən isə AMEA H.Əliyev adına Coğrafiya İnstitutunun direktoru vəzifəsində çalışır. 1996-cı ildə Xəzər dənizinin hidrofiziki sahələrinin dəyişkənliyi və onların çirkləndiricilərin yaılmasına təsiri mövzusunda doktorluq dissertasiyası müdafiə edərək texnika elmləri doktoru elmi adını almış, 2001-ci ildə coğrafiya ixtisası üzrə AMEA-nın müxbir üzvü seçilmişdir. 2009-cu ildə Azərbaycan Ali Attestasiya Komissiyasının qərarı ilə ona hidrologiya ixtisası üzrə professor elmi rütbəsi verilmişdir.
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Siz zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular






.jpg)



























.jpg)

.jpg)