Hadisə
FHN məlumat yaydı - 2 nəfərin meyiti tapılıb
Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi (FHN) üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.
Publika.az FHN-ə istinadən xəbər verir ki, “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 76 yanğına çıxış və 10 halda köməksiz vəziyyətdə qalma faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.Ümumilikdə, ötən sutka ərzində 2-si azyaşlı olmaqla 12 nəfər, o cümlədən Kür çayının Sabirabad rayonu ərazisindən keçən hissəsində batma təhlükəsi ilə üzləşən 1 nəfər xilas olunub, 1 nəfərin isə meyiti aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.
Həmçinin, Bakı şəhərinin Yasamal rayonu ərazisində yerləşən süni göldə batan 2006-cı il təvəllüdlü Novruzov Elşən İmdad oğlunun meyiti və Vəlvələçay-Taxtakörpü kanalında aşkarlanan naməlum kişi meyiti dalğıc-axtarış qrupu tərəfindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib, Kür çayının Şəmkir rayonunun Kür qəsəbəsindən keçən hissəsində 2 nəfərin batması ilə əlaqədar dalğıc-axtarış qrupu axtarış işlərini davam etdirir.
-
Elm və təhsil12:56Nazir: "Bizə formal doktorantura bitirənlər lazım deyil"
-
Digər12:20Hindistanda An-32 hərbi təyyarəsi qəzaya uğradı - SSRİ istehsalı imiş
-
MDB11:23Məşhur rus alim Ermənistanın hava limanında saxlanıldı
-
İdman10:32İran milli komandasının təlim bazasının yaxınlığında cəsəd tapıldı
-
İdman10:00Dünya çempionatında qalmaqal: - İngiltərə yığmasının butsuları və avadanlıqları oğurlandı
-
ABŞ08:30Pentaqon UNO materiallarını yayımladı - Üçüncü dəfə
-
Elm və təhsil08:15"Son zəng" çalınır
-
Nəqliyyat06:46Bakının parkinq böhranı necə həll oluna bilər? - Video




































