Hadisə
Dövlət Yanğın Nəzarəti Xidməti yanğın təhlükəsizliyi ilə bağlı tədbirləri davam etdirir
Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidməti yanğın təhlükəsizliyinin təmin edilməsi istiqamətində zəruri tədbirləri davam etdirir. Belə ki, Xidmətin Cənub regional Dövlət Yanğın Nəzarəti İdarəsi Cəlilabad və Yardımlı, Gəncə regional Dövlət Yanğın Nəzarəti İdarəsi isə Göygöl rayonu ərazisində “Dənli və texniki bitkilərin yanğın təhlükəsizliyi” mövzusunda maarifləndirmə tədbirləri keçirib.
Dənli və texniki bitkilərin yığılması, daşınması, saxlanması və emalı dövründə yanğın hadisələrinin qarşısının alınması məqsədilə təşkil edilmiş və rayonların icra hakimiyyətləri, polis şöbələri və bələdiyyələrinin nümayəndələrinin iştirakı ilə keçirilmiş tədbirlərdə fermerlər və biçin işləri aparan texnika sahiblərinə biçin mövsümü ilə əlaqədar geniş maarifləndirici məlumatlar verilib.
Belə ki, tədbirlərdə taxıl yığımı və ot tədarükü, dənli və texniki bitkilərin yığılması, daşınması və saxlanması dövründə yanğın təhlükəsizliyi ilə bağlı qaydalar izah olunub, ilkin yanğınsöndürmə vasitələrindən, xüsusilə odsöndürən balondan düzgün istifadə üsulları əyani nümayiş etdirilib.
-
Rəsmi xronika16:10Prezident təsdiqlədi: DİN və XİN-ə konkret vəzifələr tapşırıldı
-
Rəsmi xronika15:22Prezidentin sosial şəbəkə hesablarında video paylaşıldı
-
Rəsmi xronika14:37İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim etdi - YENİLƏNDİ
-
İdman14:10Ailəm bütün bunlardan çox əziyyət çəkib - Messi şikayətləndi
-
Dünya12:43İngiltərədən əhaliyə təcili xəbərdarlıq: 3 günlük ərzaq və su ehtiyatı yığın
-
Region12:17İrəvanda əcnəbiləri daşıyan avtobus aşdı - Xeyli xəsarət alan var
-
Sosial11:36Azərbaycanın Milli Qəhrəmanı Gürcüstanda saxlanıldı - FOTO
-
Rəsmi xronika11:12İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul etdi























.jpg)















