Hadisə
FHN əməkdaşları ölüm təhlükəsi ilə üzləşən şəxsləri xilas etdi
Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.
Publika.az nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 103 yanğına çıxış və 8 halda köməksiz vəziyyətdə qalma faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.
Ümumilikdə, ötən sutka ərzində 2-si azyaşlı olmaqla 9 nəfər, o cümlədən dənizdə çimərkən batma təhlükəsi ilə üzləşən 2 nəfər, intihara cəhd edən 1 nəfər xilas edilib. Həmçinin, Abşeron rayonunda dənizdə qeyri-çimərlik ərazidə batan Abbasov Oqtay Vidadi oğlunun meyiti dalğıc-axtarış qrupu tərəfindən tapılaraq aidiyyəti üzrə təhvil verilib.
-
Hadisə24 İyun 22:46Suqovuşanda Vətən müharibəsi qazisi bıçaqlandı - Foto
-
Banklar 24 İyun 20:30Kartlardan pul silinməsi ilə bağlı Mərkəzi Bankdan açıqlama
-
Elm və təhsil24 İyun 20:10Qəbul imtahanının nəticəsi elan olundu
-
Magazin224 İyun 19:40Xanımı ilə dalaşan Əməkdar artist özünü körpüdən atdı
-
Səhiyyə24 İyun 19:30İlkin İsmayılov vəzifəsindən azad edildi
-
Rəsmi xronika24 İyun 17:48İlham Əliyev Məhəmməd Baqir Qalibafı qəbul etdi
-
Rəsmi xronika24 İyun 14:47Prezident Numan Qurtulmuşu qəbul etdi - FOTO
-
Sosial24 İyun 13:20Sabah yağış yağacaq











.jpg)
























