Hadisə
Bakıda bağça müdirəsi dələduzluq etdi - Cinayət işi açıldı
Daha bir vətəndaş Baş Prokurorluğa minnətdarlığını videomüraciətlə bildirib.
Publika.az xəbər verir ki, özünü paytaxtın Xətai rayonu ərazisində yerləşən “Sincab” uşaq bağçasının müdirəsi kimi təqdim edən Nuray adlı şəxs tərəfindən dələduzluq yolu ilə pullarının ələ keçirilməsi ilə bağlı vətəndaş Məmmədova Nigar Şəmşir qızı və qeyriləri Xətai rayon prokurorluğuna müraciət ediblər.
Toplanmış material üzrə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 178.2.2-ci (dələduzluq, təkrar törədildikdə) maddəsi ilə cinayət işinin başlanaraq aidiyyəti üzrə istintaqın davam etdirilməsi üçün Xətai rayon polis idarəsinin İstintaq şöbəsinə göndərilib.
Prokurorluğa müraciət edərək məmnun qalan Məmmədova Nigar Şəmşir qızı Baş Prokurorluğun sosial şəbəkə hesabına minnətdarlığını ifadə etdiyi videoçarxı göndərməklə ictimailəşdirilməsini xahiş edib.
Baş Prokurorluğun Mətbuat xidməti tərəfindən qeyd olunan videoçarx ictimaiyyətə təqdim olunur.
-
Nida Xəbər 11:47Baş nazirdən quru sərhədlərlə bağlı mühüm açıqlama
-
Sosial11:18Mayda 14 gün qeyri-iş günü olacaq
-
Nida Xəbər 11:03Milli Məclisin iclası başladı
-
Nida Xəbər 10:36Ali Məhkəmədən mühüm qərar
-
İdman10:18Trampın Ceyk Polla rəqsi gündəm oldu - VİDEO
-
Dünya09:48Pakistan Əfqanıstanı bombalayır: İtkilər var
-
Region09:28İran yenidən Türkiyəyə raket atdı: Hədəf bura olub - Video
-
Maraq dünyası09:12İnəkdən çıxan xəzinə: Tapan varlanır, qiyməti qızılı ikiqat üstələyir





































